Az?rbaycan?n heyvanlar al?mini oyr?n?k


Heyvanlar aləmi müəyyən ərazi və ya akvatoriyada bir neçə heyvan növünün uzun müddət ərzində yaranmış və formalaşmış toplusudur. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.Azərbaycan Respublıkasının təbii şəraitinin müxtəlifliyi heyvanlar aləminin də zənginliyinə səbəb olmuşdur. Bura qonşu ərazilərdən –İrandan, Mərkəzi Asiyadan, Aralıq dənizi sahillərindən bəzi heyvan növləri gəlmiş, nəticədə Azərbaycanın faunasının növ tərkibi daha da zənginləşmişdir. Respublıkamızda 600-dən çox heyvan növü vardır ki, bu da dünyada olan heyvan növlərinin 5,6:% -ni təşkil edir.Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı fərdlərin sayı da nəzərə alınır. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. AZƏRBAYCANIN HEYVANLAR ALƏMİ Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məs., sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar Azərbaycan ərazisinin yarıdan çoxu yarımsəhra və quru çöl landşaaft-ekoloji şəraitinə malikdir. Bu zonanın xarakterik heyvanları aşağıdakılardır.YIRTICILAR: GƏMİRİCİLƏR SÜRÜNƏNLƏR QUŞLAR canavar porsuq tısbağa adi göyərçin tülkü sarğılı safsar kərtənkələ qara çalağançaqqal gəlincik gürzə çöl qaraquşu çöl siçanı xallı təlxə ağbaş kərkəz ərəb dovşanı kor ilan sığırçın yekəqulaq kirpi zeytun kontiya ağ leyləkYARIMSƏHRA VƏ QURU ÇÖLLƏRİN HEYVANLARI. ARİD-DENUDASİON ALÇAQDAĞLIQ ZONASININ HEYVANLARIEkoloji baxımdan yarımsəhraların düzənliklərindən daha rəngarəng olması ilə fərqlənir. Bir vaxtlar burada kaftara rast gəlmək olardı. Hazırda ona rast gəlmək mümkün deyil. Canavar , tülkü çaqqalın yuva salıb balalaması üçün əlverişli yerdir. Eldar oyuğunda boz ayıya rast gəlinir. Burada yarasalar da vardır. Quşlardan qaya kəkliyi, ağbaş Asiya kərkəzi, qara kərkəz, ev yapalağı yayılmışdır. Sürünənlərdən Xəzər hekkonu, Qafqaz kəlkəzi, gürzə və başqa ilanlar yayılmışdır. MEŞƏ ZONASININ HEYVANLARIDÜZƏN MEŞƏLƏRİ: Tuğay və aran meşələrininheyvanları daha zəngindir. Özünə xas heyvan növləri ilə yanaşı yarımsəhra və boz dağlar üçün səciyyəvi olan başqa heyvanlarda var. Burada keçmişdə iri heyvanlardan ayı, çöl donuzu. Qarayazı meşələrində maral məskən salmışdı. Indi isə bunlara çox az rast gəlinir.Tuğaylarda dovşan, Böyük zaqafqaziya kirpisi, qamışlıq pişiyi, çaqqal, yarasa məskunlaşmışdır.Tuğay və aran meşələrində quşlardan kökü kəsilməkdə olan qırqovu, meşə xoruzu, turac, qara çalağan geniş yayılıb. Hazırda bura kürən vağ, ağ leylək, bayquş, zığzığın, və s. Quşların məskənidir.DAĞ MEŞƏLƏRİ: bura heyvanlar aləminin müxtılifliyinə görə digərlərindən çox fərqlənir. Dağ meşələrinin tipik heyvanları Qafqaz maralı, zərif əlik, köpkər, dağıstan turu, qaban, qonur ayı, parlaq xallı vaşaq, meşə pişiyidir. QONUR AYI BƏBİR CANAVAR QAFQAZ MUFLONU QAFQAZ GÜRZƏSİ GÜRZƏ İKİ BAŞLI KORAMAL NƏCİB MARAL CÜYÜR XALLI MARAL CEYRAN QARTAL FLAMİNQO TURAC QIRQOVUL QUTAN QU QUŞU Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarıda tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Əlibayramlı və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmşdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 mln. nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.AZƏRBAYCANIN BALIQLARI QIZIL BALIQ NƏRƏBÖLGƏİLANÇƏKİ XƏZƏR SUİTİSİ Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır. Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır. Talış qırqovuluHirkan arıquşuQara leyləkQıvrımlələk qutanMərmər cürəAğquyruq Dəniz qartalıMəzar qartalıBerkutLaçınTuracForel balığıTəkəKöpgər (qaranaca)MuflonQagqaz tetrasıQagqaz ularıÇöl qartalıZaqafqaziya dağ qoyunuArdıc ağıriyliŞahinToğlugötürənÇəhrayı qutanBəzgəkDovdaqSultan toyuğuƏrsindimdikQızılqazQırmızıdöş qazFısıldayan quKiçik quCeyranÇökəkburun cüllütAğquyruq çökəkburunÇöl haçaquyruq cüllütüTuran pələngiGöl pişiyiÖn Asiya bəbiriZaqafqaziya bezoar keçisiZaqafqaziya qonur ayısıZolaqlı kaftarVaşaqManul pişiyiAdi uzunqanadCənub nalburnuEnliqulaq bükükdodaqSarıqlı safsarSuriya sarımsaq qurbağasıAdi tritonDaraqlı tritonAdi (boz) quru qurbağasıKiçik Asiya gürzəsiEskilon ilanZaqafqaziya təlxəsiAralıq dənizi tısbağasıXarabalıq kələziQızılı mabuyaZolaqlı çılpaqgözOx-ilanZaqafqaziya takır girdəbaşıAğ durnaBalobanToğlugötürənŞahinCekÇay qaraquşuİncədimdik kronşnep (əyridimdik)İlanyeyənXəzər ularıTetraçalanTürküstan tüvikiQaraqarın bağrıqaraAğboğaz bülbülSəhra qar quşuDağ keçisiQIRMIZI KİTABA DÜŞMÜŞ HEYVAN NÖVLƏRİ