Az?rbaycan dili 2-ci sinif Gull?rd?n goyc?k Cic?k


GÜLLƏRDƏN GÖYÇƏK ÇİÇƏK
Bir gün səhər Çiçək güllü paltarını geyindi, başına ala-bəzək bant bağladı və babasının yanına getdi.
Çiçəyin babası gülçü idi, bağda işləyirdi. Çiçək güllükdə gizlənib babasını səslədi. Baba səs gələn tərəfə baxdı, amma güllərin arasında nəvəsini seçə bilmədi.
Çiçək gizləndiyi yerdən çıxıb babasının boynuna atıldı:
– Mən buradayam!
Baba fərəhlə nəvəsini qucaqlayıb dedi:
– Ay mənim Çiçək balam, güllərdən göyçək balam!
Dilrüba Cəfərova 
Şüurlu oxuBaba niyə güllərin arasında nəvəsini görə bilmədi?
Çünki nəvəsinin adı “Çiçək” idi.
Çünki qızın paltarı güllərdən seçilmirdi.
Çünki axşam olduğundan baba yaxşı görmürdü.
Dil qaydalarıMətndə “çiçək” sözü niyə böyük hərflə yazılmışdır? Daha bir neçə belə söz tap və cümlədə işlət.
Mətnə əsasən cümlələri tamamla və dəftərinə köçür. Buraxılmış sözlər ad, əlamət, yoxsa hərəkət bildirir?
Çiçəyin babası ... idi, ... işləyirdi.
Çiçək ... paltarını geyindi, başına ... bant bağladı.
Baba ... gələn tərəfə ... .
SözAdƏlamətHərəkətgülçü+    
...