FIZIKI T?RBIY? 3-CU SINIF


Fiziki tərbiyə.Böyük summativ qiymətləndirmə .I yarımil.
1.Aşağıdakılardan hansı idman növü deyil?
a)voleybol b)şahmat c)oxumaq
2.Fiziki tərbiyənin məqsədi nədir?
a)İdman meydançaları düzəltmək
b)Fiziki qabiliyyətləri inkişaf etdirmək
c)Turist yürüşləri təşkil etmək
3.Məktəblilərin idman yarışması necə adlanır?
a)müsabiqə b)Olimpiada c)Birincilik
4.Aləti uzağa atmaq üçün hansı qabiliyyəti inkişaf etdirmək lazımdır?
a)Qəhramanlığı b)Çevikliyi c)Qüvvəni
5.Sıranın önündə dayanan necə adlanır?
a)Kapitan b)Ucaboy c)İdmançı
6.Uzaq məsafəyə qaçış hansı fiziki qabiliyyəti inkişaf etdirir?
a) Qüvvəni b) Sürəti c)Dözümlülüyü
7.Qaçış yarışında üçüncünü keçsən neçənci olarsan?
a)birinci b)ikinci c)üçüncü
8.Hansı qaçış növüdür ?
a)kross b)mayallaq aşmaq c)qolların bükülüb-açılması
9.Hansı oyunda topdan istifadə edilir?
a)şahmat b)bovling c)bənövşə
10.İlk Avropa Olimpiya Oyunları 2015-cı ildə hansı ölkədə keçirələcək?
a) Rusiyada b)Azərbaycanda c)Türkiyədə
11.Verilmiş sualları cavablandırın.Kimdir?
Qol vuran------------------------------------
Dağa dırmaşan-----------------------------
Dənizdə üzən--------------------------------
Nakaud edən--------------------------------
12.Olimpiya oyunlarının rəmzi sayılan rəngli həlqələrin sayı neçədir?
a) 3 b)4 c)5