Biologiya VIII sinif II v? III bolm?l?r uzr? Kicik summativ qiym?tl?ndirm?


Biologiya VIII sinif
II və III bölmələr üzrə kiçik summativ qiymətləndirmə
1.İnsan skeleti hansı şöbələrə bölünür?
Döş qəfəsi,gövdə və baş.
Baş , gövdə və ətraflar.
Ətraflar,qurşaq vəgövdə.
Onurğa sütunu,gövdə və baş.
2.Borulu sümüklərin verildiyi sıranı göstərin:
A)Körpücük,bud , qabırğa.
B)Bazu, bud ,fəqərə.
C) Bazu, said ,baldır.
D) Çanaq, qabırğa,bilək.
3. Başın yeganənhərəkətli sümüyü hansıdır?
A) Almacıq, B) Təpə, C)Gicgah, D) Alt çənə, E) Üst çənə
4.Uyğunluğu müəyyən edin:
I. Eritrosit a) Laxtalanmada rol oynayır
II. Leykosit b)Hüceyrəsi bölünmür
III.Trombosit c) Hüceyrəsi bölünür
5.Düzgün fikirlərin altından xətt çəkin:
a) Eninəzolaqlı əzələlərin işi iradi / qeyri –iradidir.
b)Ürək eninəzolaqlı / saya əzələlərdən qurulub.
c)Körpücük sümüyü yuxarı/ aşağı ətrafın qurşaq skeletinə aiddir.
d) Oynaq başının oynaq çuxurundan çıxmasına sınıq / çıxıq deyilir.
6.Uyğunluğu müəyyən edin:
I. Aorta
II. Ağ ciyər venası a) Arterial qan
III. Qarın aortası b) Venoz qan
IV. Aşağı boş vena
7. Faqositozu kim kəşf edib?
A). A.P . Pavlov, B) İ.İ. Meçnikov , C) İ.V . Miçurin
8. Açar sözlərdən istifadə etməklə cədvəli tamamlayın:
Qan xəstəlikləri
Qanla yoluxan xəstəliklər
Peyvənd vurulan xəstəliklər
Müalicə zərdabı vurulan xəstəliklər

Açar sözlər: anemiya, hepatit, talasemiya, Qiçs, hemofiliya, vərəm ,leykoz, quduzluq, difteriya,taun,çiçək, ilan sancması.
9. III qan qrupuna malik insan hansı qrupdan a) qan alar,hansı qrupa b) qan verər
A) a-II ; b) -III C) a-II; b-IV E) a-III; b)II, I,
B) a- I; b)- III D)a-I ; b-III,IV
10.Niyə QİÇS əsrin bəlası sayılır? Fikirlərinizi əsaslandırın: