Гибкость является способность развивать динамическое равновесие


Dərs
Mövzu: Çeviklik qabiliyyəti. Dinamik müvazinətin inkişaf etdirilməsi
Standartlar:
1.1.1.Hərəki fəaliyyətin fiziki hazırlığın formalaşmasında əhəmiyyəti haqqında məlumat verir;
2.1.1. Sıra və ümuminkişaf hərəkətlərini yerinə yetirir;
2.1.2. Çeviklik qabiliyyətini inkişaf etdirən oyunları, estafetləri, kombinə olunmuş estəfetləri
və xüsusi hərəkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir;
3.1.1.Hərəki fəaliyyət zamanı çeviklik nümayiş etdirir.
4.1.2. Hərəkətlərin icrası prosesində əzmkarlıq və qətiyyət nümayiş etdirir.
Məqsəd: Çeviklik qabiliyyətini inkişaf etdirilməsi.
Dərsin vəzifələri:
Çeviklik qabiliyyətinin fiziki hazırlığın formalaşmasında əhəmiyyəti haqqında məlumat vermək;
Dinamik müvazinəti inkişaf etdirən oyunları, estafetlərini təşkil etmək və keçirmək;
Şagird fəaliyyətini təmzimləmək və qiymətləndirmək.
Fəndaxili inteqrasiya: 1.2.,2.1., 3.1., 4.1.
İş forması: frontal, kiçik qruplarla, fərdi.
İş üsulu: hərəki bacarığın formalaşdırılması, təkrar, oyunun sxemi.
Resurslar: - irəliləmələr, dönmələr, fırlanmalar zamanı hər hansı əşyaların;
- bədənin və ətrafların müəyyən vəziyyətlərinin müvazinətinin saxlanılması;
Zəruri avadanlıq və ləvazimatlar: fit, top, gimnastika ağacı, piramida, çubuqlar, bayraqcıqlar, saniyəölçən.
Dərsin gedişi.
Giriş hissə: 3-5 dəq.
Bir cərgədə düzülüş, raport, salamlaşma.
Motivasiya;
Uşaqlar bu heyvanları tanıyırsınızmı?
Bu heyvanları müqaisə edək? Hansı heyvan hrəkətləri daha tez yerinə yetirir?
Çeviklik bizə nə üçün lazımdır?
Tədqiqat sualı; Çevik olduğunuzu nümayiş etdirə bilərsinizmi?
İnformasiya təminatı: dərsdə istifadə olunacaq müvazinət hərəkətləri və oyunları haqqında şagirdlərə məlumat vermək.
Hazırlayıcı hissə; 8-10 dəq.
Sıra fəndləri, irəliləmələr: yeriş, qaçış, hoppanmalar.
Ümuminkişaf hərəkətləri:
left31750Yeriş. Dörd addımda qollar irəlidə və yanlarda, dörd sayda qollar aşağıda. left20320
Yeriş. Dörd addımda qollar yanlarda və yuxarıda, dörd addımda qollar yanlarda və aşağıda.
left40640
Əllər baş arxasında. Dörd addımda qollar yuxarıda, dörd addımda – baş arxasında left62865
Sol addımla, sağ qol yuxarıda, sol arxada; sağ addımla – əksinə
left71755
Sol qol sinə qarşısında bükülür, sağ yanda, sağ ayaq irəlidə. Hər addımda qolların vəziyyəti dəyişilir, qövdəni bir qədər düz qol tərəfə döndərmək. left60960
Qollar yanlarda, qıçı yuxarıya qaldıraraq, diz altında çəpik vurmaq, iki sayda bir addım etmək.
Qollar dirsəkdən bükülü, ovuclar aşağı. Dizləri yuxarıya qaldıraraq, ovuclara toxudurmaqla yeriş.
left10795Əllər arxada beldə. Qövdəni irəli qoyulan ayaq tərəfə döndərməklə yeriş. İki ayaq üzərində tullanmalarla
irəliləmək.
left21590
Əsas hissə: 15-20 dəq.
Hazırlayıcı hərəkətlər:
-43815-135255Otuşda biri-birini müvazinətdən çıxarmaq -26035626110Müxtəlif çıxış vəziyətlərində biri-birini müvazinətdən çıxarmaq 27305749935Müxtəlif çıxış vəziyətlərində biri-birini müvazinətdən çıxarmaq
left33020Müxtəlif çıxış vəziyətlərində gimnastika ağacı ilə müvazinət hərəkətləri Əsas hərəkətlər:
left32385Sinif bərabərsaylı iştirakçılar olan komandalara bölünür. Hər komanda qarşısında əşya və ya piramidalardan şəkildə verilmiş yarış sahəsi düzəldilir. Birinci iştirakçılar start siqnalı ilə hər hansı topu (tennis, kiçik rezin top, şar və s…) raketka və ya yastı taxta parçası üzərində atıb-tutmaqla məsafəni qət edir, ikinci iştirakçıya yaxınlaşır, əşyaları ona verir və sıranın arxasında dayanır. Növbəti iştirakçılar oyunu davam etdirirlər. Topun yerə düşməsi bir cərimə xalı ilə qiymətləndirilir. Məsafəni daha tez başa vuran və cərimə xalı az olan komandə qalib gəlir.
left42545Sinif bərabərsaylı iştirakçılar olan komandalara bölünür. Hər bir komanda qarşısında şəkildə verilmiş oyun sahəsi düzəldilir. Start siqnalı ilə birinci iştirakçılar iki çubuq üzərində topu və ya hər hansı əşyanı saxlayaraq məsafəni qət edir. Əşyaları növbəti iştirkçıya verir və sıranın sonunda dayanır. Topun yerə düşməsi bir cərimə xalı ilə qiymətləndirilir. Məsafəni daha tez başa vuran və cərimə xalı az olan komandə qalib gəlir.
left52705Sinif bərabərsaylı iştirakçılar olan komandalara bölünür. Hər bir komanda qarşısında şəkildə verilmiş oyun sahəsi düzəldilir. birinci iştirakçılar gimnastika ağacını və ya hər hansı əşyanı diz nahiyyəsində dizlərlə sıxıb saxlayır, hoppanaraq məsafəni qət edir. Ağacın və ya topun yerə düşməsi bir cərimə xalı ilə qiymətləndirilir. Məsafəni daha tez başa vuran və cərimə xalı az olan komandə qalib gəlir.
Tamamlayıcı hissə: 3-5 dəq.
Qolların müşayəti ilə tənəffüs hərəkətləri. Qolların və ayaqların sirkələndirilməsilə boşaldılması.
Qiymətləndirmə:
Zəif Orta Yüksək
Dinamik müvazinət hərəkətlərinin və oyunlarının icrası qüsurludur. Dinamik müvazinət hərəkətlərinin və oyunlarının icrasında kiçik qeyri-dəqiqliyə yol verir. Dinamik müvazinət hərəkətlərini və oyunlarını nümunələrə müvafiq icra edir.
Zəif Orta Yüksək
Hərəki fəaliyyəti inamsızdır. Hərəki fəaliyyəti zamanı yoldaşları ilə ünsiyyət qurur. Hərəki fəaliyyəti zamanı əzimkarlıq və qətiyyətlilik nümayiş etdirir.
Ev tapşırığı; düz xəttin üzəri ilə yeriş.