Morfologiyan?n t?drisind? nitq inkisaf?


MORFOLOGIYANIN TƏDRİSSİNDƏ NİTQ İNKİŞAFI
Bu baxımdan «Sözün tərkibi» mövzusunun tədrisi diqqəti cəlb edır. Şagirdlər söz haqqında anlayışı başa düşmək üçün onun xarici cəhətini (səs tərkibi), daxili cəhətini (mənasıın), başqa sözlə leksik və qrammatik mənasını, onların aralarındakı qarşılıqlı əlaqənii öyrənməlidirlər. Sözün leksik mənası ayrılıqda hamı tərəfindən eyni cür, öz həqiqi mənasında başa düşülür. Qrammatik məna haqqında danışdığımız əşyaya (hərəkətə, əlamətə və s.) münasibətimizi bildirir. Biz gəl sözünü gəlirəm, gəldim, gəlmişdim, gələcəyəm, gələrəm, gəlməliyəm şəklində işlətməklə onu müxtəlif münasibətlər dairəsinə daxil edirik. Uşaqlarda sözə linqvistik münasibətin yaradıldılması vacibdir. Onlar sözün qrammatik forması ilə leksik mənası arasında mövcud olan əlaqələri başa düşməlidirlər. Uşaq tədricən bilməlidir ki, alma və armud sözləri meyvə bildirməklə, həm dəisimdir, adlıq haldadır, təkdir, cümlədə mübtəda ola bilər və s.
Adətən, şagirdlər qrammatik təhlil prosesində bu və ya digər nitq hissəsini müəyyənləşdirərkən sözün yalnız leksik mənasını nəzərə alır, onun suallarına və morfoloji əlamətlərinə əhəmiyyət vermirlər. Sözün leksik mənası üzərində işləyərkən onun söz yaradıcı əlaqələrini də nəzərə almaq lazımdır. Söz yaradıcılığı dilçiliyin xüsusi şöbəsi olmaqla söz yaratmağın qayda-qanunlarının əhatə edirsə də, leksika ilə qırılmaz vəhdətdə olur. Leksikanın mənimsənilməsində şagirdlərin eyni kökdən olan sözləri bilmələrinə.) istinad etmək imkanı sözlərin başa düşülməsini və yadda qalmasını təmin edir. Lüğət ehtiyatının assosiasiyaya (məsələn, baş, başqa, başaq, başmaq və s.) əsasən zənginləşdirmək cəhdinə yol verilməməlidir. Bu, sözün mənasına əhəmiyyət vermədən yalnız səslənməsinə (yazılışına) görə oxşarlığı əsas götürməkdən irəli gəlir.
Söz yaradıcıhğı üzrə işi imkan daxilində bir neçə nitq hissəsi ilə əlaqədar aparmaq lazımdır; su-sulu-suladı; duz-duzlu- duzlaq-dıızladı və s. Bu zaman şagirdlər eyni sözyaradıcı kökə daxil olan sözlərin leksik mənaları arasındakı yaxınlıqla yanaşı, fərqi də başadüşürlər. Bu isə sözlərin qrammatik mənasının başa düşülməsi üçün zəmin yaradır. Beləliklə, şagirdlər sözə cansız şey kimi deyil, keyfıyyət dəyişikliyi əmələ gətirə bilən bir varlıq kimi baxırlar.
İsmin tədrisi prosesində lüğət işinin aparılması imkanları çoxdur, lakin müşahidələr göstərir ki, şagirdlər mücərrəd isimlərin hesabına lüğət ehtiyatını zənginləşdirə bilmir, onları ya konkret isimlərlə, ya da sifət və fellərlə əvəz edirlər. Şagirdlər sarılıq sözünü sarı- çiçək, sarıtəhər, saralmaq sözləri ilə eyniləşdirirlər. Bəzi sözlərin çil- çıraq, şırnaq, dənəvər, uçurum, çalağan, ixrac, natiq, çeşmək və s. mənalarıın başa düşmür, təhlil edə bilmirlər. Onlar çilçıraq sözünün çiləmək (işığın şəfəqlərinin çilənməsi) və çıraq sözü, şırnaq sözünün şırıldamaq, dənəvər sözünün dənə-dənə, çeşmək sözünün farsca çeşm (göz) mənası ılə bağlı olduğunu başa düşmürlər. Bu cür semasioloji çalışmalar bir çox hallarda fayda verir. İbtidai siniflərdə, xüsusilə I sinifdə sözün mənası üzərində düşünməyi öyrətmək vacibdir. Cırcırama, qurbağa, sığırçın, göyərçin, çalağan, ququ quşu, qaratoyuq, sarıköynək, şanapipik, arıquşu, ağacdələn, qaymaqçiçəyi, istiot, kəsəyən, sünbülqıran, günəbaxan, bağayarpağı, qarğıdalı, gö- yərti, ağartı, ballıca və s. kimi yüzlərlə sözdə mənanın nə ilə bağlı olduğunu aşkara çıxarmaq üzrə iş aparılmalıdır.
Şagirdlər bəzən məna təhlilinə cəhd göstərsələr də, səhvə yol verirlər. Onlar fikrən apardıqları belə təhlilin nəticəsində saatsaz, əvəzinə saatqayıran, saat təmir edən sözlərini işlədirlər. Adətən, şagirdlər əhali, camaat, meyvəcat kimi cəmlik bildirən sözİərə cəm şəkilçisi artırırİar.
İsmin tədrisi prosesində hər bir dərsdə sözün mənasının açılması (şaxtaçı, maşinist, çilingər, xarrat, dülgər və s.) lüğət ehtiyatına yeni sözlərin (qulan, dayça, köşək xötək və s.), daxil edilməsi, sözlərə (güney, quzey, eniş, yaylaq və s.) antonimlərin, sinonimlərin tapılması, çoxmənalılıq üzrə iş aparılmalıdır.