Ail?y? sosial – pedaqoji kom?yin formalar?.


Ailəyə sosial – pedaqoji köməyin formaları.
Xarici təcrübədə ehtiyacı olanlara sosial-pedaqoji köməyin göstərilməsi sahəsində zəngin təcrübə yığılmışdır. Bunlara uzun müddətli və qısa müddətli iş formaları daxildir.
Qısa müddətli forma arasında alimlər qarşılıqlı hərəkətdə krizisintervent və problem-istiqamətləndirirci modellərinə ayırır.
Ailə ilə krizisintervent modelin işi yalnız ailə kritik vəziyyətə düşən və ailədə köklü dəyişikliklər olan zaman olunan köməkdən ibarətdir.
Belə mənfi hallar uşağın yaş dövrü ilə əlaqədar, ailədə psixoloji-pedaqoji problemlər olan zaman özünü göstərir. 3 yaşında krizis əsas individual-psixoloji keyfiyyətlərin formalaşması zamanı baş verir; 7-8 yaşında məktəbli statusuna, yeni həyat tərzinə uyğunlaşma, müəllimlərlə, uşaq kollektivi ilə münasibət qurmaq; 12–17 – özünü təsdiq dövrü, valideynlərlə, bütünlüklə böyüklər və valideynlərlə münasibətdə dəyişikliklər, 18 – 21 – sosial özünütəsdiq əlaməti meydana gəlir.
Kritik vəziyyət öz diqqətini dezaptasiya masştabında və əldə olan vasitələrlə bunun öhdəsindən gəlməyə yönəlir. Bu halda ailənin həm daxili resurslarından, həm də kənar kömək formalarından istifadə olunur.
Əgər həyəcanı, asılılığı, psixi diskomfortu və digər kritik vəziyyətləri aradan qaldırmaq mümkün olsa, kömək uğurlu sayılır.
Yaxşı olardı ki, stress vəziyyətlərində böyük psixoloji reabilitasiya bacarığına malik olan professional psixoloqlara müraciət edilsin. Lakin qeyd etmək lazımdır ki, bu vəziyyətdə kömək kompleksli və problemin geniş dərəcədə əhatə olunması ilə bağlı olmalıdır. Bunlar ailə üzvləri, formal olmayan yardım qrupları, xüsusi müəssisələr (sosial müdafiə, reabilitasiya mərkəzləri və s.) ola bilər, kimin ki, diqqətini ailənin problemlərinə və ehtiyaclarına yönəltmək lazımdır. Sosial pedaqoqun məsələsi lki nəzilmə və özünü itirmə hallarının aradan qaldırılmasında kömək etmək, sonra isə ailənin reabilitasiyasında fəal mövqe tutmalıdır.
Buna görə də sosial pedaqoq nümunəvi yardım göstərməlidir, əsas diqqətini hər bir ailə üzvünün inkişafına yönəltməlidir.
Bundan əlavə, sosial pedaqoq ailə və onlarla işləyən mütəxəssislər arasında vasitəçi rolunda da çıxış edir. Həkimlər müalicə, psixoloqlar – psixikanın bərpası ilə məşğul olarkən, sosial pedaqoq ailəyə krizisi aradan qaldırmağa və hərəkət etməyə kömək edir. Məsələn, digər qohumlarla, ailələrlə əlaqə yaratmağa.
Beləliklə sosial pedaqoq individual söhbətdə bir vasitəçi kimi effektli psixoloji yardım edir. Bundan əlavə ailə ailəvi terapiyaya cəlb oluna bilər. Bunun da əsas məqsədi ailə üzvləri arasında münasibətləri yaxşılaşdırmaqdır.
Belə təşkildə ailəyə psixoterapevtik təsir istisna deyil.
Hərəkətin problemli-orientir modeli qısamüddətli iş strategiyası daxildir, lakin bu 4 aydan artıq çəkmir.
Problemli-orientir modeli konkret praktik məsələlərin həllinə yönəlmişdir, hansı ki, ailə tərəfindən irəli sürülmüş və tanınmışdır. Bu modelin mərkəzində tələblər durur.
Problem-orientir modelinin əsasını insanların onları sərbəst şəkildə həll etmək və ya onların gərginliyini aradan qaldırmaq bacarığı durur. Buradan sosial pedaqoqun qarşısında belə şəraiti yaratmaq vəzifəsi durur.
Diaqnostik mərhələnin xüsusiyyətləri ondadır ki, sosial pedaqoq öz diqqətini ailənin daxili xüsusiyyətlərinə, bu problemi yaradan situasiyalara yönəldir. Ailə ilə birlikdə konkret məqsədlər əldə edilir. Məsələn, uşaqla ata arasında kontakt yaratmaq və s.
Bu model problemin həllində birliyi tələb edir. İş birgə əməkdaşlıq şəraitində, ailəyə mane olan maneələrin aradan qaldırılması və bu zaman ailə üzvlərinin xüsusiyyət və köməyinə arxalanmaq durur. Problemin uğurlu həlli növbəti yaranan problemli situasiyaları sərbəst surətdə aradan qaldırmağa imkan yaradır.
Ailə ilə iş o halda vacibdir ki, problem üzvlər arasında qarşılıqlı münasibətdə mövcuddur. Bu problemlərə daxildir: uşağa destruktiv münasibət, tərbiyənin düzgün aparılmaması, qane edilməyən psixoloji durum.
Problemli-orientir modelinin aparıcı metodunun əsasını ailəyə yardım edən sosial pedaqoqla ailə və ya onun üzvlərindən biri ilə müqavilə bağlanmasıdır. Müqavilənin bağlanmasında ailənin rolu- arzu olunan məqsədin və məsələnin sonrakı fəaliyyətdə təyin olunmasıdır. Sosial pedaqoqun rolu onun üçün də vacib olan müddətin təyin olunması və məqsədin həyata keçirilməsidir.
Hazırkı vəziyyətdə hər iki tərəf rəsmi sənədlərlə möhkəmlənən mənəvi vəzifələr daşıyır.
Müqavilənin tərtibi – müştərinin özünü təyini üçün təcrübədə əsas etik prinsiplərin realizəsinə əsaslanır.
Psixo sosial yanaşmanın əsas məqsədi ya ailə sistemini, ya da vəziyyəti dəyişməkdir.
ailəyə təsir göstərən digər ictimai sistemlər, yaxud hər ikisinə eyni zamanda təsir etmək.
Kiçik motiv şəraitində ailənin sosial-pedaqoji, psixoloji köməyə müraciət etməsi patronaj formasına gətirib çıxarır ki, bu da ailənin adaptasiya-reabilitasiya məqsədi ilə müntəzəm ziyarəti, onun daim nəzarətdə saxlanılması və lazım olan köməyin göstərilməsi ilə bağlıdır.
Bizim ölkəmizdə bu iş üsulu pediatrik xidmətlər və ya müəyyən ərazilərdə təqaüdçü və əlillərə sosial xidmətlər vasitəsi ilə həyata keçirilir. Sosial pedaqoqun ailəni evdə ziyarət etməsi onun ayrılmaz iş formasıdır.
Patronaj bu məqsədlərlə həyata keçirilə bilər:
diaqnostik: həyat şəraiti ilə tanış olmaq, mümkün olan təhlükə faktorlarının öyrənilməsi (tibbi, sosial, məişət), mövcud olan problem vəziyyətin öyrənilməsi;
yoxlamalar: ailənin və uşağın vəziyyətinin qiymətləndirilməsi, problemin dinamikası (əgər ailədə kontakt təkrar olursa); reabilitasiya tədbirlərinin gedişinin analizi, valideynlər tərəfindən zəmanət;
adaptasiya – reabilitasiyalı: konkret nümunəvi, psixoloji, vasitəçilik köməyi.
Asosial ailələrə münasibətdə digər yanaşma, əgər şərait uşağın ehtiyaclarına cavab vermirsə onun üçün təhlükə yarada bilər. Bu halda sosial pedaqoq uşağın marağından çıxış edərək hüquq orqanları ilə birlikdə reabilitasiya tədbirinin gedişinə açıq nəzarət edir, ailənin aşağı səviyyəli reabilitasiya fəallığı zamanı direktiv təsir göstərir, məsələn valideynlərin uşağı tərbiyə hüququndan məhrum edilməsi.
Patronaj seçilən işin strategiyasından asılı olaraq birdəfəlik və ya requlyar ola bilər (uzunmüddətli və ya qısa müddətli). Konkret problemə malik ailələrin patronajı planlaşdırılmış mərhələlər üzrə aparılır. Məsələn, əlil uşaqları tərbiyə edən ailələri dəfələrlə ziyarət, bir sıra sosial- hüquqi məsələlərin vaxtında həll edilməsi (əlilliyin qeydə alınması), uşağın inkişafı və qulluğu ilə əlaqədar vacib vərdişləri mənimsəmək. Sosial pedaqoqun fəliyyətində ailələrlə iş formalarından birini – konsultasiya – söhbətləri qeyd etmək lazımdır.
Ailə ilə işləyərkən sosial pedaqoq konsultasiyanın geniş yayılmış fəndlərindən: emosional xəstələnmə, təlqinetmə, bədii analogiyalar, kiçik treninqlər və s. Bu halda söhbəti müxtəlif məsələləlrlə - nümunəvi, psixoloji, psixoloji-pedaqoji zənginləşdirmək olar.
İndividual konsultativ söhbətlərlə yanaşı ailə ilə işdə qrup metodlar – treninqlər tətbiq oluna bilər.
Sosial-psixoloji treniniq təcrübi psixologiya sahəsi kimi təyin edilir.
Qeyd etmək lazımdır ki, hal-hazırda keçirilən treniniq proqramları genişləndirilərək sosial pedaqogika və təhsil sistemində də geniş yer tutub. Treninq individual və qrup halında aparılan işlərin bir çox fəndlərini özündə birləşdirərək valideynlərin psixoloji-pedaqoji təhsilində olan problemlərin həllində perspektiv metodlardır.
Nümunəvi treninqlər hər şeydən əvvəl ailəyə onu əhatə edən kiçik sferanı idarə etməyə imkan verən bacarıq və vərdişlərin mənimsənilməsinə təkan verir. Bu vərdişlər arasında bunları ayırmaq lazımdır:
kommunikal bacarıq və vərdişlər: “fəal dinləmə” bacarığı, bu o deməkdir ki, valideynlər öz uşaqlarını maraqla dinləməyi bacarırlar;
stres vəziyyətlərinin psixogigiyenik fəndlər vasitəsilə öhdəsindən gəlmək. Uşağa psixoterpiftik təsir göstərmək;
psixoloji-pedaqoji fəndlər: erkən inkişaf təhsili fəndləri, uşağın davranışı.
Qrup metodu valideynlərə bir-birilə təcrübə mübadiləsi etmək, sual verməyə və qrupdan yardım almağa imkn verir. Bundan əlavə infomasiya mübdiləsi zamanı özünü lider etmək bacarığı aktivliyi və valideynlərin inamını inkişaf etdirir.
Yuxarıda göstyərilən metodlar: konsultativ söhbət, nümunəvi treninq –universaldırlar, qısa müddətli və uzun meddətli iş formalarında istfadə olunur.
Beləliklə, müasir şəraitdə ailə birliyin müxtəlif sahəlrinin mərkəzi obyekti olur: sosial pedaqoqika, sosial iş, səhiyyə, təhsil və s. Ailədə problemin həll olumasından ölkənin gələcəyi asılıdır.
Ailənin spesifik xüsusiyyətləri var və onun bütün xarakteristikasının hesabatını tələb edir: ayrı-ayrı ailə üzvlərinin problemi ümumi ailə problemidir; ailə - homeostatik sistemdir; ailə- bağlı sistemdir, hər sosial pedaqoq ora daxil ola bilməz; ailə öz həyat fəliyyətində avtonumdur.
Sosial pedaqoq ailənin əvəzinə bütün problemləri həll edə bilməz, onu yalnız problemin həllinə yönəldə bilər.
Ailə ilə sosial pedaqoji fəliyyət yalnız ona kompleks yanaşma zamanı effektli ola bilər. O demoqrafik məlumatların (yaranmanın öyrənilməsi) sosial və sosial psixologiya (nikah və ailə münasibətlərinin tədqiqi və analizi, ailə komflektlərinin səbəbinin öyrənilməsi), pedaqogika (ailənin tərbiyəvi funksiyası); hüquqlar; ekonomika (ailənin büdcəsi); etnoqrafiya (məişət, mədəni xüsusiyyətlər); tarix və fəlsəfə ailənin, nigahın, ailə xoşbəxtliyi problemlərinin, (borcun tarixi formaları); dinin öyrənilməsi və istifadəsini təxmin edir.