Az?rbaycan dili2-ci sinif Goy?rcin ?fsan?si


Göyərçin (əfsanə)

GÖYƏRÇİN
Qədim zamanlarda xeyirxah bir padşah yaşayırdı. O öz ölkəsini əmin-amanlıqla idarə eləyirdi.
Günlərin bir günü qonşu ölkənin hökmdarı onun ölkəsinə hücum edib padşahı təkbətək döyüşə çağırdı.Padşah çoxdan idi ki, müharibə etmirdi. Odur ki dava paltarını sarayın çardağında, əl-ayaqdan uzaq yerdə saxlayırdı. Savaşa bir gün qalmış şah anasından xahiş elədi ki, onun qılıncı ilə dəbilqəsini gətirsin.Anası getdi. Çox çəkmədi ki, oğlunun qılıncını, qalxanını gətirdi. Padşah anasından soruşdu:
Bəs döyüş papağım hanı?Ana dedi:
– Səni and verirəm halal südümə, dəbilqəyə dəymə!
– Anacan, mən padşaham! Padşah isə döyüş meydanına dəbilqəsiz çıxa bilməz.Anası çardaqda gördüklərini deməli oldu:
Anası çardaqda gördüklərini deməli oldu: – Bala, sənin döyüş papağının içində bir ağ göyərçin yuva qurub. Özünün də üç körpə balası var. Mən bu günahsız balalara toxunsam, ağ göyərçin bizdən küsüb gedər. Yetim balaların ah-naləsi ölkəmizə bəlalar gətirər. Gəl bu dəfə döyüşə dəbilqəsiz get!

Bu sözləri eşidən padşah heç nə demədi, düşmənlə təkbətək döyüşə başıaçıq çıxdı. Qonşu ölkənin hökmdarı onu dəbilqəsiz görüb bunun səbəbini soruşdu. Padşah dedi:
– Mənim döyüş papağımda göyərçin üç bala çıxarıb. Anam südünə and verdi ki, balalara toxunmayım.
Bunu eşidən düşmən hökmdar qılıncını qınına qoydu, əlini düşməninə uzadıb dedi:
– Gəl barışaq! Sənin anan bir quşun – ağ göyərçinin evini dağıtmaq istəmədi. Biz niyə nahaq qan töküb minlərlə insanın evini dağıdaq?Onlar barışdılar. O gündən ağ göyərçin sülh quşu hesab olunur.

1.Hansı şəkildə dəbilqə təsvir olunub?
12 3