Document 3-cu sinif testi


BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
Ana dili
Adı, soyadı:Tarix:
1. Hansı atalar sözündə 1 say bildirən söz var?
A) Əldən qalan əlli il qalar. B) Bir əldə iki qarpız tutmaq olmaz. C) Yüz ölç, bir biç
2. Verilmiş sözləri 3 zamanda işlədin, birindən cümlə qurun:
gətirmək, yazmaq
___________________________________________________________________________________
3. Nöqtələrin yerinə hərəkət bildirən sözlər yazın.
Uşaqlar çayda_________, balıq_____________, top-top və axşam evə ___________________________
4. Defislə və bitişik yazılan sözlərin hərəsinə aid bir mürəkkəb söz yazın və cümlədə işlədin.
5. Bu sözlərdən biri fərqlidir?
qoyun, uzunqulaq, at, pişik
6. Aşağıdakı cümlədə lazım gələn 2 şəkilçi artırın.
Biz kitab ............... çox şey öyrənirik.
7. “Çi,” “xana”, “dan”, şəkilçilərinin üçünü də hansı sözə artırmaq olar?
A) kitab B) çay C) gül
8. “Vətən” sözünə hansı şəkilçini artırmaq olar?
A) luq B) suz C) daş
9. Bunlardan hansında açar sözlərdən istifadə olunur?
A) tapmacalarda B) bayatılarda C) atalar sözlərində
10. Aşağıdakı sözlərdən yaxınmənalı sözlər tapıb yazın:
yuxuya getdi –
qulaq asdı –
izah etdi –
11. Əlamət bildirən sözlərə uyğun gələn söz artırın.
qırmızı, yumru, şirin –
isti, yumşaq, ətirli –
geniş, hamar, asfalt –
12. Söz birləşmələri düzəldib birini cümlədə işlədin.
çiçəyin__________, otağın__________, qocaman__________, ağlağan__________
_____________________________________________________________________________________
13. Nöqtələrin yerinə hansı sözü yazmaqla sual cümləsi düzəltmək olar?
Sən məktəbə______________________ gedəcəksən?
A) nə? B) harada? C) nə vaxt
14. Nida cümləsi düzəldin.
Azərbaycan xalqına____________________!
15. Fərqli tələffüz edilən sözləri göstərin.
maşın, uşaq, ailə, yağış, xəstə, kitab, neftçi
1. “Balaca Əhməd” nağılını oxuyarkən hansı fikrə gəlmək olur?
a) Güc ilə hər şeyə nail olmaq olar?
b) Ağılla qələbə çalmaq olar?
c) Pulla hər şey əldə etmək olar.
2. Uyğun cütlərdən söz birləşmələri düzəldir.
otaq səhifə
məktəb hava
kitab bina
soyuq qapı
3. Aşağıdakı söz birləşmələrindən birini cümlədə işlədin:
Körpə uşaq, yaşıl meydança, ətirli çay, isti su
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
4. “İki ayı balası” mətni hansı janra aiddir?
a) nağıl b) təmsil c) rəvayət
5. Cümlələrin sonunda lazım olan işarəni qoyun.
1) bəh-bəh, nə gözəl güllərdir
2) sağlam olmaq üçün təmiz havada çox gəzmək lazımdır.
3) Görəsən, sabah yenə yağış yağacaq
6. “Kəndli bir ilanla dostluq edirdi.” cümləsində neçə düzəltmə söz var?
a) 1 b) 2 c) 3
7. Aşağıdakı cümlə necə cümlədir?
Ay camaat, köməyə gəlin, sürüyə canavar girib.
a) əmr cümləsi b) nəqli cümlə c) sual cümləsi
8. Xəstə adama qarşı hansı nitq etiketindən istifadə etmək olar?
a) Salamat qal! b) Sağlam ol! c) Allah şəfa versin!
ƏlAVƏ TESTLƏR
Adı, soyadı: Tarix:
Hansı sırada cümlə verilib?
A) səhər
B) mən səhər tezdən qalxıram
C) səhər tezdən
2. Mətndə neçə cümlə var?
Soyuq qış günləri qurtarır qar əriyir havalar isinməyə başlayır ağaclar tumurcuqlayır isti ölkələrə uçmuş quşlar geri qayıdırlar onlar özlərinə yuva qururlar rəngbərəng çiçəklər açılır
10 B) 7 C)8 Ç) 4
3. Cümləni seçin.
A) Quşların şən səsləri B) Mən gələn yay C) İlqar dərslərini hazırladı
Tapşırıqlar:
Bu sözlərdən cümlə düzəldin:
Olur, isti, yayda, havalar, çox.
Lazımdır, dərsləri, yaxşı, oxumaq.
Odunu, atam, balta, yardı, ilə.
Dəsmal, Günel, ilə, silir, stəkanları
Tutur, xatirəsini, şəhidlərin, əziz, xalqımız.
Bu söz birləşmələrini cümlədə işlədin:
Kitabın üzü, ilin fəsilləri, atamın əlləri, Bakı şəhəri, qoca fəhlə.