Az?rbaycan dili test numun?l?ri
Azərbaycan dili-3 1-ci bölmə üzrə K.S.Q. (Dinləmə və Yazı) Tarix: 15. 10. 2014
Şagird_____________________________________________________________
Ana (İfadə)
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________ ______________________________________________________________________________________________________________________________________________________________________________________________________
1. Hekayədəki hadisələr harada baş verir? A) Qadınların iclasında
B) Gözəllik müsabiqəsində C) Qadınlar üçün təşkil olunan qonaqlıqda
2. Məclisdəki qadınları təəccübləndirən nə oldu? A) Ananın kobud davranışı
B) Ananın sadə geyimi C) Ananın bahalı daş-qaşı
3. Ana oğlu ilə qızını məclisə niyə gətirtdi? A) Uşaqları evdə tək qoymaqdan qorxurdu . B) Qadınların yanında öz övladları ilə qürrələnmək istəyirdi .
C) Onun üçün nəyin daha qiymətli olduğunu göstərmək istəyirdi.
4. Mətndə əsas fikir nədir? A) Məclisə gedəndə ən yaxşı paltar geymək lazımdır.
B) Bahalı daş-qaş qadını daha da cazibədar edir. C) Ana üçün hər şeydən qiymətli onun övladlarıdır.
5. Hansı sözlər birləşib mürəkkəb söz yarada bilər? A) qaş, daş
B) kübar, xanım C) sadə, geyim
Azərbaycan dili-3 Oxu və Dil qaydaları Tarix: 15.10 14.
Şagird__________________________
Dünya xəritəsi (Oxu)
Elnurun atası işdən yorğun qayıtmışdı. Divanda oturub qəzet oxuyurdu. Elnur atasının yanına yaxınlaşıb xahiş etdi ki, onu gəzməyə aparsın.
-Bu gün yorğunam, oğlum. Sabah gedərik, -deyə ata cavab verdi.
-Nə olar, gedək də, -Elnur əl çəkmirdi. Ata masanın üstündən dünya xəritəsini götürüb onu qayçı ilə bir neçə hissəyə böldü və oğlunun qarşısına düzüb dedi:
-Xəritəni düzgün bərpa etsən səni gəzməyə aparacağam. Ata əmin idi ki, 3-cü sinifdə oxuyan oğlu xəritəni bərpa edə bilməyəcək. Lakin heç beş ....................(1) keçmədi ki, Elnur kəsilmiş hissələri yapışdıraraq ....................(2) olunmuş xəritəni sakitcə ......................(3) qarşısına qoydu. Ata təəccüblə gah xəritəyə, gah oğluna baxdı. Elnur dedi:
-Ata xəritənin arxasında adam şəkli var idi. Adamı düzəltdim, dünya da düzəldi.
__________________________________________________________________
1. Nömrələnmiş boşluqların yerinə hansı sözlər uyğun gəlir? A) 1). Ay , dəqiqə, saat
B) 2) xarab, bərpa, məhv c) 3) pəncərənin, atasının, binanın
2. Elnur haqqında deyilənlərdən hansı ilə razısan? A) Dünya xəritəsini yaxşı bilir.
B) Dərslərini yaxşı oxuyur. C) Hər cür vəziyyətdən çıxmağı bacarır.
3.Mətnin sonuncu cümləsini başqa cür necə ifadə etmək olar? A) Hər bir şəklin arxasında adam şəkli olmalıdır. B) İnsanlar qayğıkeş olsalar, dünyada gözəlləşər. C) Adam dünyadan vacibdir.
4.Mətndə hansı suala cavab var? A) Elnurun atası harada işləyir? B)Hadisə həftənin hansı günü baş verib? C) Elnur neçənci sinifdə oxuyur?
5.Hansı sözdəki cingiltili samitlərin kar qarşılığı yoxdur?
A) adam B) Elnur C) dünya
(Dil qaydaları)
6. Sait səsləri samitlərdən fərqləndirən əsasə cəhət hansıdır?
A) Tələffüz zamanı dil hərəkətsiz qalır .
B) Dodaq iştirak etmir. C) Ağız boşluğundan sərbəst çıxır.
7. Hansı sözdə üç qalın , dodaqlanan sait var? A) könüllü B) futbolçu
C) dondurma
8. Oğlan adlarında qalın saitlərin, qız adlarında incə saitlərin altından xətt çək.
İlqar, Aygün, Səmayə, Orxan, Günel, Kamil, Ülvi, Selcan.
9. Açıq saitləri və qapalı saitləri sözün içindən seç yaz (qapı, keçi, qoyun, öküz, əl)
Açıq saitlər__________________ Qapalı saitlər____________________
10. Kar və cingiltili samitlərin fərqini göstər. A) Kar samit küydən, cingiltili samit isə səs telləri və avazdan yaranır. B) Kar samit asta, cingiltili isə uzanır C) Kar və cingiltili samitin fərqi yoxdur.
11. Burun samitləri hansıdır? ________________________
12.Qarşılığı olmayan cingiltili samit hansıdır? ______________________
13. Qarşılığı olmayan kar samit hansıdır? _______________
14. “F” samitinin cingiltili qarşılığı hansıdır? A) D B) V C) B
15. Dördündən biri fərqlidir? A) Ş, F, H, G,
B) D, T, G, Q, C) P, S, L, K,
16. Hansı sözdə yalnız cingiltili samit var? A) zəhmət
B) zınqırov C) pələng
17. Hansı sözdə yalnız kar samit var? A) dəmir B) palıd
C) kasa
18. Yalnız kar samitləri göstər. A) g, k, t B) t, d, s. C) p, t, s.
19. Yalnız cingiltili samitləri göstər. A) z, j, b. B) s, ş, p C) l, m, n.
20. Kar samitlərin qarşısında cingiltili qarşılığını yaz.
t-... p-.... s-..... k-..... x-..... f-..... ş-....