Fiziki kemiyyetler ve vahidler
İsaak Nyuton 4 yanvar 1643-cü ildə İngiltərənin Qrentem şəhərciyinin yaxınlığındakı Vulstorp kəndində fermer ailəsində dünyaya gəlmişdi. Uşaq doğulandan üç ay qabaq atası İsaak Nyuton vəfat etdiyindən onun yetimçilik dövrü başlamışdı. Ata Nyuton haqqında çox az məlumat var. Deyilənlərə görə o, bədəncə zəif, adamayovuşmaz imiş. Belə bir adamın oğlunun gələcəkdə dünyanın ən böyük alimi olacağına inam bəsləmək mümkünsüz idi. Anası Anna isə bir o qədər savadlı olmasa da ərinə nisbətən elmli adam təsir bağışlayırdı. Çətinliklə olsa da yaza və mətn oxuya bilirdi. Ata İsaak Nyuton isə heç adını da yaza bilmirdi. Annanın qardaşı Vilyam Kembric Universitetində magistr dərəcəsi almışdı və təzə doğulmuş bacısı oğlunun Nyutonlar ailəsinin digər üzvləri kimi savadsız qalmasını heç ağlına belə gətirmirdi. O, Nyutonun ibtidai təhsil alacağına inam bəsləyirdi.
Nyuton dünyaya göz açdığı gündən bəxti gətirmədi. Vaxtından qabaq doğulduğu üçün elə kiçik və zəif idi ki, onu dəri əlcəkdə saxlayır və böyük pivə parçında çimizdirirdilər. Qohumlarına elə gəlirdi ki, bu körpədən adam olmayacaq. Hətta bir dəfə mizin üstünə qoyulmuş dəri əlcəyin içindən sürüşüb yerə düşmüş və başı döşəməyə dəymişdi. Amma gözləndiyindən fərqli olaraq körpə ölməmiş və tədricən böyüməyə başlamışdı.
Anası ikinci dəfə bir kilsə xadiminə ərə getdiyindən körpəni nənəsinin himayəsinə vermişdi. Uşaq çox qorxaq böyüyürdü, digər uşaqların səsli-küylü oyunlarına qoşulmurdu. Bunun bir səbəi də uşaqların onu sevməmələri idi. Ona görə ki, o, fərasət tələb edən bütün oyunlardan qalib çıxırdı. İsaak fiziki yarışlarda yaşıdlarından geri qalacağını bilsə də bu yarışlara qoşulmaqdan çəkinmirdi. Bir dəfə güclü külək əsən zaman uşaqların uzununa tullanmaq yarışları keçirilirdi. Nyutona elə gəldi ki, əgər küləyin ən maksimal qüvvə ilə əsməsi anında tullana bilsə yarışı asanlıqla uda bilər. Belə də oldu. Uşaqlar Nyutonun Bibliyanı daim oxumasına da həsəd aparırdılar.
Nyuton 12 yaşında olanda onu Qrentem şəhərciyindəki ictimai məktəbə qoydular. O,məktəb fənlərini öyrənməkdə çox çətinlik çəkirdi.Diqqətini heç cür cəmləşdirə bilmirdi, həm də son dərəcə tənbəl idi. Hamıdan pis oxuyurdu.Dərslərdə uğur siyahısında adı siniflərindəki başdanxarab şagirdin adından irəlidə yazılmışdı. Başına gətirilən bir hadisə onun dərslərə münasibətini kökündən dəyişmək üçün bəhanə oldu. Nyutondan yaxşı oxuyan və fiziki cəhətdən də ondan güclü olan məktəblilərdən biri İsaakıın qarnına güclü zərbə endirdi. Nyuton həmin məktəbli ilə dalaşmağa özündə qüvvə tapmadığı üçün geri çəkildi. Uşaq necə qisas almaq barədə düşünməyə başladı və belə qrara gəldi ki, ən yaxşı qisas hamıdan yaxşı oxumaqdır. O, gecəsini gündüzünə qatıb bütün fənləri dərindən öyrənməklə siniflərində birinci şagird səviyyəsinə yüksəldi. Nyutonun sinif yoldaşları onun dərsdəki müvəffəqiyyətlərindən daha çox müxtəlif oyuncaqlar düzəltmə qabiliyyətinə paxıllıq edirdilər. Onun düzəltdiyi miniatür yel dəyirmanı təkcə uşaqları deyil, böyükləri də heyrətə gətirirdi. Külək əsəndə dəyirmanda hətta bir ovuc buğda da üyütmək mümkün idi. Küləksiz havada dəyirmanı canlı "dəyirmançı" hərəkətə gətirirdi. Dəyirmançının işini siçan görürdü. Siçanı dəyirman çarxının üstünə çıxmağa məcbur etməkdən ötrü İsaak çarxın üzərində kiçik buğda torbası asmışdı. Nyuton on dörd yaşında olanda su saatı və pedalla hərəkətə gətirilən araba ixtira etmişdi. Saat çox dəqiq işlədiyi üçün ev adamları günün vaxtını bu saata baxıb öyrənirdilər. İsaak axşamlar göyə çərpələng buraxırdı. Çərpələngin qıraqlarına sarı işıq saçan fonarlar bərkidirdi.
Nyutonun 15 yaşı olanda ikinci dəfə dul qalmış anası keşişdən olan üç uşağı ilə yenidən evə qayıtmışdı. Dul qadın fermanın işlərini qaydaya salmaq üçün İsaakı məktəbdən çıxarmağa qərar vermişdi. Nyutonu təsərrüfat işlərinə alışdırmaq üçün hər şənbə günü onu yaşlı nökəri ilə bazara alış-verişə göndərirdi. Nyuton isə anasının bütün tapşırıqlarını nökərə həvalə edərək ya çardağa qalxır, ya da bir ağac kölgəsində oturaraq xəyala dalır, çox zaman da kitab oxuyurdu. HYPERLINK "http://az.wikipedia.org/wiki/Kembric" \o "Kembric" Kembric Universitetində təhsil almış dayısı onun bir kənara çəkilib kitablar arasında nəsə yazıb-pozduğunu görmüşdü. Məlum olmuşdu ki, İsaak böyük maraqla riyazi məsələlərin həlli ilə məşğuldur. O, dərhal uşağın anasının yanına gedib oğlunun təhsilini davam etdirməsinə əngəl törətməməsini və Kembric Triniti-kollecinə daxil olmaqdan ötrü hazırlaşmasına şərait yaratmasını istəmişdi.
Məktəbi 18 yaşında bitirən Nyuton anasının razılığını alandan sonra Kembricə gedərək o dövrün ən yaxşı universitetlərindən birinə daxil olmuşdu. Triniti kollec o zamankı İngiltərə cəmiyyətinin dəqiq mikrokopiyası idi. Orada kurslar və fakultələrdən savayı, sinif pillələri də vardı. Gələcəyin böyük alimi ən aşağı pillədə qərar tutdu. Bu pillədə oxuyan tələbələri subsayzerlər adlandırırdılar. Bu tələbələr oxumaq haqqı ödəmirdilər. Bunun əvəzində dövlətli tələbələrə—kommonerlərə və pensionerlərə xidmət etməli idilər. Dövlətli tələbələr arasında qürrələnərək "Mənim çəkmələrimi şəxsən Nyuton özü təmizləmişdir" deyənlər də tapılmışdı. Universitetdə siqar çəkmək, spirtli içkilər içmək, xanımlar əhatəsində olmaq yüksək qimətləndirilirdi. Bu mühitdə kimə lazım idi Nyutonun xariqələr yarada bilən zəkası, onun hazırladığı günəş və su saatları, kölgəyə baxmaqla ilin fəslini və həftənin gününü təyin edə bilmək qabiliyyəti? Onun talantına diqqət yetirən yox idi. Lakin Nyuton özünün parlaq gələcəyini zəhmətdə görürdü. O, təqaüd almaqdan ötrü yuxarı kursların tələbələri sırasına (onlara skoler deyirdilər) qatılmaq arzusu ilə yaşayırdı. "Skolerlər" sırasına seçkilər dörd ildən bir keçirilirdi. Axır ki, arzusuna çatdı. HYPERLINK "http://az.wikipedia.org/wiki/28_aprel" \o "28 aprel" 28 aprel 1664-cü ildə skoler seçilən Nüuton ilk dəfə olaraq stipendiya almağa başladı. Onun subsayzer olmaq rüsvayçılığı sona yetdi. Biliklərə dərindən yiyələnmək arzusu onun həyat kredosuna çevrildi. Nyutonun riyaziyyata məhəbbəti daha da artdı. Bir ildən sonra — 1665-ci ildə bakalavr adı aldı. Nyutonun elmi nailiyyətlərinə yardımçı olan professor İsaak Barrou tələbələr qarşısında çıxışlarının birində İsaakı "Böyük bilik sahibi" adlandırdı.
Nyuton altı ildə kollecin bütün pillələrini başa çatdırdı. HYPERLINK "http://az.wikipedia.org/wiki/1665" \o "1665" 1665-ci ildə İngiltərədə taun xəstəliyi tüğyan edən zaman Nyuton müvəqqəti olaraq öz kəndlərində yaşamağa qərar verdi. Ata yurdunda il yarım yaşadığı dövrdə riyaziyyatı müstəqil öyrənmək istəyini reallaşdırdı, eyni zamanda optika ilə də ciddi məşğul olmağa başladı. Bu sahədə apardığı tədqiqatlarından məqsəd işığın fiziki təbiətini anlamaq idi və istəyinə nail oldu — spektrin sirrini öyrəndi. Əyri xətt qövsləri cəminin hesablanması prosesi—inteqral və differensial hesablamalarında tətbiq olunan metod planetlərin orbitləri üzrə hərəkətinin öyrənilməsinin əsasını qoymağa imkan verdi. Planetlərə təsir qüvvələrinin öyrənilməsi Nyutonun sonralar ümumdünya cazibə qanunlarını kəşf etməsinə şərait yaratdı.
Adamların pərən-pərən düşməsinə səbəb olmuş taun bir qədər səngiyən kimi universitet 1667-ci ildə fəaliyyətini davam etdirməyə başladı. HYPERLINK "http://az.wikipedia.org/wiki/1668" \o "1668" 1668-ci ildə Kembricə qayıdan Nyutona Triniti kollecin elmi cəmiyyətinin üzvü adı verildi. O, eyni zamanda magistr adı aldı və ömrünün axırınadək universitetdə dərs demək hüququ qazandı. Nyuton 1669-cu ildə riyaziyyat müəllimi oldu və beləliklə elmi kəşflər zirvəsinə qalxmağa başladı. Müəllimi İsaak Barrou sevimli tələbəsinin maddi vəziyyətinin qismən də olsa yaxşılaşdırılması naminə özünün rəhbərlik etdiyi riyaziyyat kafedrasını Nyutona verdi.
Nyutonun maraqları çox müxtəlif idi. O, metalların qızıla çevrilməsindən bəhs edən əlkimya ilə də çox maraqlanırdı. Hələ 4-cü əsrdə yaşamış əlkimyaçılar möhkəm inanırdılar ki, metallar civə və kükürdün müxtəlif nisbətdə birləşmələrindən ibarətdir. Əgər hər hansı bir metalda, məsələn qurğuşunda civə və kükürdün nisbəti dəyişdirilsə, qurğuşunu qızıla çevirmək olar. Nyutonun ilk eksperimentləri eksir alınmasına yönəlmişdi. Əlkimyaçıların fikrincə, iksir metalları yuxarıda deyilən qaydada qızıla çevirmək üçün katalizator rolu oynamalıdır. Nyuton bir sürmə (stibium) növü almağa müvəffəq olmuşdu. Bu materialdan teleskop güzgüsü hazırlamaq mümkün idi. İşıq nəzəriyyəsi, HYPERLINK "http://az.wikipedia.org/wiki/%C3%9Cmumd%C3%BCnya_cazib%C9%99_qanunu" \o "Ümumdünya cazibə qanunu" Ümumdünya cazibə qanunu , riyaziyyat sahəsində kəşfləri ilə məşhur alimin əlkimya sahəsində də kəşfləri onun elmi böyüklüyünə dəlalət edirdi.Metalların xassələrini yaxşı öyrənmiş olan Nyutonu 1695-ci ildə HYPERLINK "http://az.wikipedia.org/wiki/%C4%B0ngilt%C9%99r%C9%99" \o "İngiltərə" İngiltərə Zərbxansına nəzarətçi qoydular. İngiltərənin bütün metal pullarının yenidən zərb olunması işinə rəhbərlik etmək ona tapşırıldı. O, İngiltərənin pozulmuş zərbxana işini qaydaya sala bildi. Ona görə də 1699-cu ildə HYPERLINK "http://az.wikipedia.org/wiki/%C4%B0ngilt%C9%99r%C9%99" \o "İngiltərə" İngiltərəZərbxanasının ömürlük olaraq yüksək maaşlı direktoru adını aldı.Nyuton özünün böyük ölçülü, yüksək keyfiyyətli ikinci güzgülü telekospunu müasirləri qarşısında nümayiş etdirməklə onların heyranlığına səbəb olmuşdu. Bu hadisədən az sonra Nyuton London Kral Cəmiyyətinin — İngiltərə Elmlər Akademiyasının üzvü seçilmişdi. Akademiyanın süquta yaxınlaşması təhlükəsi ilə üzləşən Cəmiyyət üzvləri ancaq Nyutonun bu ali elm ocağını rüsvayçılıqdan qurtarmaq iqtidarında olacağı qənaətinə gəlmişdilər. Nyuton 1703-cü ildə London Kral Cəmiyyətinin prezidenti seçilmişdi. İsaak Nyuton cəmiyyət üzvlərinin günlərini əsasən laqqırtı vurmaqla keçirməmələri üçün "Kral Cəmiyyətinin gücləndirilməsi sxemi"ni işləyib hazırlamışdı. Burada cəmiyyətdə hansı diskussiyaların aparılması barədə dəqiq göstərişlər var idi.O, cəmiyyət üzvlərinə öz əli ilə hazırladığı cihazlar da gətirir və onları həmin cihazların iş prinsipi ilə tanış edirdi.
Nyuton iki dəfə parlament üzvü seçilmişdi. O, parlamentin iclaslarında lal-dinməz otururdu. Yalnız bir dəfə danışmışdı — "pəncərənin nəfəsliyini örtün" — demişdi. İngiltərə kraliçası Anna Nyutona zadəganlıq rütbəsi verdikdən sonra ona "ser Nyuton" deyirdilər. Nyuton çox təvazökar adam idi. O, özü haqqında belə deyirdi: "Mənə elə gəlir ki, dəniz sahilində oynayan, hərdən bir al-əlvan daş,yaxud qırmızı balıqqulağı tapan bir uşağam, halbuki qarşımdakı elm dəryası tədqiq olunmamış qalmaqdadır". Nyuton onu da deyirdi ki, "Bilik real və yenilməz qüvvədir. Məhz bilik sərvət və kapitaldır. Böyük yaradan biliyi seçmə adamlara verir".Nyuton bütün insani keyfiyyətləri özündə birləşdirmişdi. Gülərüz Nyuton , həm də xoşxasiyyətli, möhkəm bədənli, gur saçlı adam idi. Səksən beş yaşı olanda da dişləri cağbacağ qalmışdı. O, tibbə dair kitabları oxumaqdan yorulmurdu, anatomiya və fiziologiyanı, müxtəlif müalicə metodlarını yaxşı bilirdi. Şeytan əməllərinə uymamağa, məsələn içki içməməyə , kart oynamamağa çalışırdı. Özünün normal həyat tərzinə uyğyn gəlməyən hərəkətlərə yol verəndə cib dəftərində qeydlər edir, öz-özünü danlayırdı. Ədəbiyyatda Nyutonun huşsuz adam olması barədə rəvayətlər var. O, bir dəfə evdən gedərkən qapıya bir elan vurmuşdu: "Ser Nyuton evdə yoxdur". Evə qayıdan zaman qapıda həmin elanı görən kimi geri qayıtmışdı. Bir dəfə də evinə çağırdığı yoldaşlarını qonaq etmək üçün çaxır dalınca gedib geri qayıtmamışdı. Səbəbi hansısa bir elmi məsələnin həllinin başını qatması olmuşdu. Belə hallarda yaxın adamları Nyutondan incimirdilər, bilirdilər ki, alimin belə hərəkəti etinasızlıq yox, elmi düşüncələrə dalmağın nəticəsidir. Nyuton hər bir elmi nəzəriyyəsini ərsəyə gətirəndən sonra, özündən səviyyəcə çox aşağı "alimlərin" də hücumlarına məruz qalırdı. Belə hallardan zinhara gələn Nyuton deyirdi ki, yersiz tənqidə məruz qalmaqdan və məsələnin düzgün həllini başa salmaqdansa elmi axtarışlara bir dəfəlik son qoymaq daha yaxşıdır. Elə bir vaxt gəldi ki, Nyutonun "opponentləri" dünyalarını dəyişdilər. Bundan sonra elə bil ki, həyat onun üzünə güldü. Onun qaradinməzliyinə son qoyuldu, qohum-əqrabasının məclislərində iştirak etməyə başladı.Məclislərə gələndə diqqəti cəlb etməyən yerdə əyləşirdi ki, ona diqqət yetirməsinlər. Acı taleli adamların rəvayətlərini dinləyəndə də, hətta göz yaşları axıdırdı. Ondan bu sentimentallığının səbəbini soruşanda deyirdi ki, "əgər ağlamaq lazım olmasaydı, böyük Allah adamlara göz yaşı vəziləri verməzdi".İsaak Nyuton 1727-ci ildə vəfat etmiş, İngiltərə krallarının, dövlət xadimlərinin dəfn olunduğu Vestminster abbatlığında böyük şərafətlə torpağa tapşırılmışdı. Ona qoyulmuş qəbirüstü abidədə yazılmışdı: "Ser İsaak Nyuton burada dəfn olunmuşdur. O, səma cisimlərini, kometlərin hərəkət yollarını, dəniz qabarmalarını, işığın təbiətini, rənglərin xassələrini tədqiq etmişdir. O, öz fəlsəfəsi ilə Böyük Allahın əzəmətini sübuta yetirmişdir. Ey adamlar, sevinin ki, dünyada bəşəriyyətin belə bir böyük nümayəndəsi yaşamışdır".Elmi işləri[redaktə]
İsaak Nyutonun müşahidə etdiyi teleskop
Ümumdünya cazibə qanunu
QravitasiyaBütün zamanların ən böyük alimlərindən biri olan İsaak Nyuton haqqında söhbət açılanda öncə alma yada düşür. Deyilənlərə görə, Nyuton cazibə qüvvəsi nəzəriyyəsini öz bağlarındakı alma ağacının kölgəsində oturub dincələn zaman başına düşən alma ilə əlaqədar olaraq verib. Bu, bəlkə də, kimlərinsə uydurmasıdır.Amma yazılanlara görə, Nyutonun cazibə qüvvəsinə dair elmi işləri Avropada fransız yazıçısı və maarifçi filosofu Volterin (1694 — 1778) sayəsində yayılıb. Volter ömrünün son illərində İngiltərəyə gedib-qayıdandan sonra Nyutonun ona böyük təsir bağışlayan cazibə qanununu təbliğ etməyə başlayıb. Nyutonun başına düşən alma haqqında məlumatı da dünyaya o, yayıb. Volter onu da deyib ki, alma barədə məlumatı Nyutonun böyük hörmətlə 20 il ərzində öz evində saxladığı gözəl-göyçək qohum qızdan alıb. Sözbaz Volter yazıb ki, Nyutonun karyerasının və populyarlığının səbəbi heç də elmi əsərləri yox, qohum qızın gözəlliyi olub. Əlbəttə ki, bunu zarafat kimi qəbul etmək lazımdır.[1].
İsaak Nyuton ingilis riyaziyyatçısı,mexanik və fiziki, astronom və astroloqu, müasir fizikanın banilərindən biri olub. Nyuton mexanikanın əsas qanunlarını formalaşdırıb, bütün fiziki hadisələrin təsvirinin vahid fiziki proqramını yaradıb. O, Ümumdünya cazibə qanununu kəşf edib, planetlərin Günəş ətrafında və Ayın Yerətrafında hərəkətinin , habelə okeanlarda qabarma və çəkilmənin izahını verib. Akustkanın və fiziki optikanın əsasını da bu alim qoyub. Diferensial və inteqral hesabı Nyuton işləyib hazırlayıb. İşıq dispersiyasını, xromatik aberrasiyanı o kəşf edib, interferensiya və difraksiyanı araşdırıb, işığın korpuskulyar nəzəriyyəsini genişləndirib, güzgülü teleskop hazırlayıb, səma mexanikasının əsaslarını yaradıb. Sələflərinin və özünün mexanika sahəsində tədqiqatlarının nəticələrini ümumiləşdirərək alim "Natural fəlsəfənin riyazi başlanğıcı" adlı möhtəşəm əsərini ərsəyə gətirib. 1687-ci ildə nəşr olunmuş bu əsərdə mexanikanın əsas məfhumları və prinsipləri üç məşhur qanun—ətalət qanunu, hərəkətin kəmiyyətinin sərf edilmiş qüvvəyə proporsionallığı qanunu , təsir və əks—təsir qanunu şəklində formalaşdırılmışdır. Daha bir konsepsiya onun adı ilə bağlıdır. Nyuton bu konsepsiyasındaGünəş sisteminin vəhdətdə olmasında israrlı idi. O, Günəş sistemini atomun quruluşuna oxşadırdı. Günəş protonla müqayisə edilən pozitiv enerjinin mərkəzi mənbəyi kimi təqdim olunur, planetlər isə elektronlara bənzədilirdi. Yer kürəsinin sakinləri isə qaz təbəqəsi ilə örtülmüş elektronlardan birində qərar tutmalı idi. Nyuton optika sahəsində də böyük nailiyyətlər qazanmışdır. 1666-cı ildə üçtərəfli şüşə prizma vasitəsilə ağ işığı yeddi rəngə(spektrə) ayırmış, beləliklə də onun mürəkkəbliyini( dispersiya hadisəsini) sübuta yetirmiş, xromatik aberrasiyanı kəşf etmişdir. Teleskoplarda aberrasiyaya (optik sistemdə alınan təsvirlərin təhrif olunması) yol verilməməsi üçün orijinal sistemli- güzgülü(əksetdirici) teleskop-reflektor hazırlamışdı. Bu teleskopda linza əvəzinə batıq sferik güzgüdən istifadə olunmuşdu. Həmin teleskop Nyuton teleskopu adlanırdı. O, optik tədqiqatlarını "Optika" əsərində şərh etmişdi.
Nyutonun elmi işləri öz dövrünün elmi səviyyəsini xeyli üstələdiyi üçün müasirləri tərəfindən az anlaşılırdı. O, Allaha dərindən inananırdı. Onda belə bir yəqinlik vardı ki, elmi tədqiqatlar Allahı daha yaxşı dərk etmək üçün dəyərli vasitədir. Nyutonun ilahiyyat məsələlrinə dair yazıları 40.000 səhifəyə yaxındır. O, həyatının əsl mənasını ilahiyyat əsərlərində görürdü. Lakin Nyutonu böyük alim hesab edən müasirləri onun əsərlərinə diqqət yetirmirdilər. Alimin əldə olan əlyazmalarından məlum olur ki, Nyuton müasir elm banisi olmaqla yanaşı , həm də böyük dindar imiş. O, işləyib hazırladığı "Ümumdünya cazibə qanunu"nda inanırdı ki, cazibə qüvvəsini İsa peyğəmbər idarə edir.
Nyuton Bibliyanı yaxşı bilirdi. O, xüsusən 1690-cı ildən sonra uzun illər ərzində Bibliyanı daha dərindən öyrənməklə məşğul olmuşdu. Nyuton belə qərara gəlmişdi ki, Bibliya elmi biliklərin mənbəyi yox, Allah Kəlamıdır. O, Allahı sevir, Bibliyaya bütünlüklə inanırdı. Alim yazırdı ki, "Mən Bibliyaya Allah Kəlamı kimi inanıram, onu hər gün öyrənirəm". Nyuton özünün ilahiyyata dair bir sıra mülahizələrini də irəli sürmüşdü. Kainatda hökm sürən ümumi qanunauyğunluq prinsipi Nyuton üçün İlahi İdrakın sübutu idi. Bu ümumi qanunauyğunluqları isə xalis rasionalizm vasitələri ilə öyrənmişdi. O, yazmışdı: "Ateizm çox boş şeydir. Günəş sisteminə baxanda Yeri Günəşdən kifayət qədər istilik və işıq almaq üçün lazımi aralı məsafədə görürəm. Bu, təsadüf nəticəsi deyil, Allahın işidir".
İsaak Nyutonu həyatındakı çətinliklərlə mübarizə qeyzləndirmirdi. Əksinə, böyük alimi Allaha daha da Allaha yaxınlaşdırırdı. Nyuton bunun səbəbini belə açıqlayırdı: "Düçar olduğumuz həyat çətinliklərinə bir dərman kimi baxmalıyıq. Bizim adil və müdrik Həkimimiz bu dərmanı ona möhtac olduğumuza görə verib. Həkimimiz həyat çətinliklərinin ağırlığını və təkrarlanma tezliyini konkret situasiyaya uyğyn olaraq müəyyənləşdirib. Gəlin , Onun müdrikliyinə inanaq və Həkimə yazdıqlarına görə minnətdarlığımızı bildirək".