Cografiya d?rsl?rind? x?rit? uz?rind? is t?crub?sind?n
Coğrafiya dərslərində “Klaster” metodundan istifadə təcrübəsindən
Mustafazadə A.İ.
Dünya və bizi əhatə edən aləm haqqında şagirdləri ətraflı məlumatlandıran Coğrafiya fənni hazırda məktəbimizdə və həmçinin Respublikamızın bütün ümumtəhsil müəssisələrində müxtəlif üsul və metodların köməkliyi ilə tədris olunur. Bu üsullar fənni daha maraqlı etməklə bərabər həmçinin şagirdlər tərəfindən mövzuların mənimsənilməsini asanlaşdırır. Amma bir şeyi unutmaq olmaz ki, hər bir metodun tətbiq olunduğu mövzunu və vaxtı dəqiq müəyyənləşdirmədən yuxarıda qeyd olunan məqsədə nail olmaq olmaz. Bəlkə də işimizi çətinləşdirmiş olarıq. Bu baxımdan mən də öz dərslərimdə yeri gəldikcə müxtəlif metodlardan istifadə edirəm. Bu metodların içində şagirdlər tərəfindən ən çox seviləni və daha effekli olanları sırasında qabaqcıl yerlərdə dayanan həm də ümumiyyətlə Respublikamızın ümumtəhsil məktəblərinin müəllimləri tərəfindən daha tez-tez istifadə olunanı “klaster” yəni, “şaxələndirmə” metodudur.
Klaster- şaxələndirmə deməkdir. Bu metod şagirdlərin hər hansı bir anlayış və ya mövzu barədə dərin biliklərini ortaya çıxaran metoddur. Onun köməkliyi ilə yekunda ortaya çıxan anlayışların araşdırılan və ya şaxələndirilən bilik və anlayışlarla əlaqəsini müəyyənləşdirmək və şagirdin biliklərinin qısa müddətdə mübadiləsini təmin etmək məqsədi daşıyır. Şagirdlərin sərbəst fikir yürütmə qabiliyyətlərinin və şagirdlər tərəfindən analiz və sintezetmənin inkişafını təmin edir. Coğrafiya həyatla bilavasitə əlaqəli olduğuna və insanların dünya görüşündə müəyyən yer tutduğuna görə fənnə daxil olan istənilən anlayışı analiz və sintez etmək daha asandır. Bu baxımdan klaster metodu coğrafiya dərslərində daha effeklidir. Bir çox pedaqoqlar və təhsil mütəxəssisləri bu metodu tətbiq edərkən ortaya qoyulmuş anlayışın sonda yaranan anlayışlarla əlaqəsi olmaya da bilər- fikirlərini doğru qəbul etmirəm. Mənim fikirimcə bu tip ifadələr klaster metodunun səmərəlilik prinsipini şübhə altında qoyur və metod sanki söz oyunu xarakteri daşımağa başlayır. Halbuki, təlim metodları konkret məqsədə xidmət edir. Öyrənməni maraqlı və daha asan etmək. Bu qurup pedaqoqlar hesabına bəzi metodlar təkmilləşmək əvəzinə getdikcə tənəzzülə uğrayır. İndi isə klaster metodunun tətbiqi təcrübəsindən aşağıdakı bir neçə sualı cavablandırım və bir-neçə nümunə sizlərə təqdim edim.
Klaster metodundan coğrafiya dərslərində ən çox nə zaman istifadə edirəm?
Şagirdlərin dünya görüşlərində kifayət qədər yer tutan və yeni keçilən mövzuların tədrisində
Şagirdlər materiklər və okeanların hər birinə aid ətraflı biliklərə yiyələndikdən sonra təkrar dərslərdə
Müstəsna hallarda şagirdlərin biliklərində çox az yer tutan yeni mövzuların tədrisi zamanı və s.
Klaster metodunda hansı üstün cəhətləri görürəm?
Bilikləri dərinləşdirir.
Düşünməyə sövq edir.
Yaradıcı və əlaqələndirici xassələrə malikdir.
Fikir mübadiləsində əhəmiyyətli rol oynayır.
Klaster metodunun mənfi cəhətlərini nədə görürəm?
Doğru tətbiq olunmadıqda mahiyyətdən uzaqlaşma müşahidə olunur.
Bəzi hallarda əsas anlayışa zidd olan fikirlər formalaşdırır.
Bir-çox klaster sxemlərində mərkəzi anlayışla kənar anlayışlar arasında əlaqə tapmaq olduqca çətinləşir.
Doğru tədqiqat aparılmadıqda şagirdlərin diqqətini mövzudan uzaqlaşdırır.
Qısa təcrübəm ərzində müəyyən etmişəm ki, Coğrafiya dərslərində klaster metodunu bütövləşdirmək və daha dərindən öyrənməni səmərələşdirmək məqsədilə klaster metodunun yarım əksi olan anlayışın çıxarılması metodu ilə tamamlamaq daha məqsədə uyğundur. Əgər eyni mövzunu və ya anlayışı bir-neçə dəfə təkrarlayırıqsa ilk öncə klaster və daha sonra anlayışın çıxarılması metodundan istifadə etmək olar.
-1511302923540Aşağıdakı klaster nümunəsində əldə etdiyim təcrübəni sizlərlə paylaşıram:
Coğrafiya dərslərində xəritə üzərində iş təcrübəsindən
Mustafazadə A.İ.
Coğrafiya – bizi əhatə edən təbii və insan aləmini dərk etmək, bu aləmlərin qanun və qanunauyğunluqlarını izah etmək və bütün bunları vərəq üzərində təsvir etməkdən ibarət olan elmdir. Coğrafiya elmi haqqında yuxarıda qeyd olunan bu sadə tərifdən açıqca aydın olur ki, məkanı dərk etmək və izah etməklə başlayan bu elmin son nəticəsi xəritədir. Çox gözəl bir deyim yerinə düşərdi. Xəritə coğrafiyanın ikinci dilidir. Dünya haqqında olan təsəvvürlər və coğrafiyaçıların elmi nəticələrinin əks olunduğu xəritələr, bizə gedib çata bilmədiyimiz və ya gedib görmək istədiyimiz yerlər haqqında əvvəlcədən məlumat vermək və bu yerlər haqqında daha çox bilgi sahibi olmağa imkan yaradır. Zəngin bilik mənbələrindən olan xəritələri isə hər kəs anlaya bilməz. Bunun üçün mütləq xəritəni oxumağın sirlərinə yiyələnmək lazımdır. Çətinlik dərəcəsinə görə xəritələrin oxunuşu coğrafiyaçılar tərəfindən 3 qrupa bölünür:
Xəritələrin sadə-emprik oxunuş – xəritələrdə ilkin gözə çarpan və hər hansı dərin bilik tələb etməyən oxunuşdur. Bu zaman şagirdlərdə yalnız göz və toponimik yaddaşın olması kifayətdir. Bu növ oxunuş coğrafi obyektləri yalnız tapmaq və göstərməklə kifayətlənir. Məsələn, “Bu Xəzər dənizidir”, “Bu Kür çayıdır”, “Bura Azərbaycandır” və s.
Mürəkkəb oxunuş – xəritələrdə qeyd olunan coğrafi obyektlər haqqında ətraflı məlumatlarla oxunuşdur. Coğrafi obyektlər haqqında ətraflı bilik olmadan mürəkkəb oxunuş mümkün ola bilməz. Bu oxunuşda məsələn, Bura Xəzər dənizidir, O dünyanın ən böyük gölüdür, Avropa və Asiyanın təmas zonasında yerləşir, Tetis okeanının qalığıdır, beş ölkənin sahillərini yuyur, səviyyəsi dünya okeanından aşağıda yerləşir və s.
Xəritənin nəticəli yekunlaşdırıcı oxunuşu – coğrafi biliklər əsasında coğrafi obyekt və ya məkanların müqayisəli təhlili və xəritədə görünməyən bir sıra fikirləri düşünərək irəli sürməklə oxunuşdur. Bu oxunuşda şagird faktiki məlumatlardan istifadə etməklə başqa nəticələr əldə etməyi bacarır. Bu zaman biliklər dərinləşir və xəritə üzərində iş qabiliyyətləri daha da miqyasını genişləndirir. Məsələn, Azərbaycanın iqlim və fiziki xəritəsinin məlumatlarından istifadə edərək ərazidə tamamilə başqa məzmunu ifadə edən biliklər, yəni torpaqların müxtəlifliyi haqqında məlumat vermək mümkündür.
Xəritənin yuxarıdakı qaydalarda oxunuşunun incəlikləri tədris ili boyunca istər dərs saatlarında istərsə də praktiki işlərdə şagirdlərə çatdırılır. Xəritələr bilik mənbəyi olmaqla bərabər həm də bilik əldə etmək vasitəsidir. Xəritələr üzərində işin əsas yolları aşağıdakılardır:
Xəritələrin kənarında verilmiş məlumatların nə olduğu haqqında biliklərə yiyələnmək. Şərti işarələr, xəritənin riyazi və coğrafi əsası haqqında bilik əldə etmək və onu təqdim etməyi bacarmaq;
Xəritəni miqyasına, məzmununa, ərazi əhatə etməsinə görə hansı növə aid olduğunu müəyyənləşdirmək;
Xəritənin məzmununa əsasən hansı məlumatlar toplamağın mümkünlüyünü ayırd etmək;
Dərs mövzularının tərkibində verilən bütün coğrafi adları müəllimin və atlasın köməkliyi ilə tapmaq və fotoyaddaşda əks etdirmək;
Praktiki dərslərin məzmunundan asılı olaraq kontur xəritə üzərində coğrafi hadisələri və obyektləri təcəssüm etdirmək;
Bilavasitə xəritə ilə əlaqəsi olan coğrafi informasiyalar əldə etmək və s.