INSAN S?XSIYY?TI: QURULUSU V? INKISAFI S?XSIYY?TIN PSIXOLOJI C?H?TD?N OYR?NILM?SI
İNSAN ŞƏXSİYYƏTİ: QURULUŞU VƏ İNKİŞAFIŞƏXSİYYƏTİN PSİXOLOJİ CƏHƏTDƏN ÖYRƏNİLMƏSİ
1. Şəxsiyyət, fərd və fərdiyyət anlayışları
İnsanı orqanizıfl, fərd və şəxsiyyət səviyyəsində xarakterizə etmək olar. Bu anlayışlar bir-birilə qarşılıqlı əlaqədədir, lakin on- lardan hər birinin özünəməxsus evristik mənası vardır.
Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində fonnalaşmışdır.
Orqanizm geniş anlayışdır. Hər bir eanlı varlıq - bitki də, hey- van da, insan da orqanizmdir. Psixologiya insanı orqanizm kimi de- yil, fərd vəşəxsiyyət kimi öyrənir.
Hər bir insan, bir tərəfdən, bioloji varlıqdır, digər tərəfdən, so- sial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd temıini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyət tennini ilə ifadə edirlər. İnsanm həyat fəaliyyətində bu iki eəhət bir-birilə elə uzlaşır ki, biz çox vaxt nəinki onları aydm şəkildə fərqləndirmir, hətta bu haqda fıkirləşmirik. Halbuki insanın fərd və şəxsiyyət kimi xarakteristikaları vəhdət təşkil etsə də, orıları eyni- ləşdinnək olmaz. Təsadüf nəticəsində heyvanlar arasına düşmüş və onların içərisində böyümüş uşaqlara aid faktlarla bu baxımdan tanış olaq.
Ehnə təxminən 50-yə qədər belə hadisə məlumdur. Müxtəlif heyvanlar - meymun, çanavar, ceyran, ayı və s. içərisində böyümüş belə uşaqlarm ancaq bir neçəsi, xüsusilə 1920-ci ildə Hindistanda canavar yuvasmdan tapılmış, Kəmalə və Amalə adlandırılmış qız- lar psixoloqlar tərəfmdən nisbətən ətraflı öyrənilmişdir.
Kəmalənin çox uzun və qabarlı əlləri var idi, ovurdları batmış- dı, qulaqları iri və yastı idi. O, demək olar ki, soyuğu və istini hiss etmirdi. Yalnız çiy ət yeyir, süd içirdi, çox güclü alt çənəsi və iti
dişləri var idi. Gündüzlər, demək olar ki, hərəkət etmir, gecələr isə gəzişir və canavar kimi ulayırdı. Bir il keçəndən sonra o, ətrafdakı adamlarla maraqlanmağa başlayır. İkinci ildə qız artıq stəkandan is- tifadə edir və otuz söz bilirdi. O, küçəyə çılpaq çıxmağa daha razı olmurdu.
Qarşıya sual çıxır: bu uşaqları şəxsiyyət adİandırmaq olarmı? Əgər olmazsa, bunu nə ilə əsaslandırmaq mümkündür? Gəlin, bu suallara cavab vermək üçün fərd və şəxsiyyət anlayışları ilə tanış olaq.
Biz uşağı fərd kimi səciyyələndirərkən, birinci növbədə, onun insan növünə mənsub olduğunu qeyd edirik. Buııu başa düşmək üçün təkcə onu göstərmək kifayətdir ki, insan balası heyvanlar içə- risinə düşdükdə belə, heyvan balasma çevrilmir, insan olaraq qalır. Amalə və Kəmaləni canavar balaları ilə müqayisə etsəniz, bu cə- həti aydırı görə bilərsiniz: onların bədənləri, beyinləri, əlləri və s.- nin quruluşu nəinki canavarın, hətta meymunun bədəni, beyni və ya əllərinin quruluşundan kəskin surətdə fərqlənir.
Bədənin konfıqurasiyası dik yerimək, beyııin quruluşu inteilek- tin inkişafı, əllərin quruluşu alətlərdən istifadə etmək üçün imkan yaradır. Aydın məsələdir ki, heyvanlar miihitində insan övladınm bu imkanları tam həyata keçmir.
Lakiıı bununla belə o, məhz öziinün bu xüsusiyyətləri ilə hey- vanın balasından kəskin surətdə fərqlənir.
Fərd anlayışı bir cəhətdən də maraqlıdır: eyni növlü bitki və heyvanlar bir-birindən müəyyən xüsusiyyətlərə görə fərqlənsəiər də, onların arasmda oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyil- dir: psixoioji baxımdan onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çarpdırı- rıq.
« /Fərd - öziinəməxsus psixoioji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Fərd anlayışınm evristik mənası da elə bundan ibarətdir.
Bu baxımdan hər bir adam - həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir. Eyni sözləri biz Amalə və Kəma- lə haqqında da deyə bilərik: onlar da fərddirlər.
Bir cəhəti dəqiqləşdirək: insan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfıyyətlər kəsb edir və şəxsiyyətə çevrilir.
Şəxsiyyət nədir? Sovet psixologiyasmda şəxsiyyətin 50-dən çox tərifı məlumdur. Bu gün şəxsiyyət haqqmda hamı tərəfmdən