Biologiya 8-ci sinif ucun kicik summativ qiym?tl?ndirm? (V bolm? uzr?)


Biolgiya 8-ci sinif V bölmə üzrə kiçik summativ qiymətləndirmə
Şagirdin adı---------------------- Soyadı----------------------- Tarix------------------------
1..Hansı qidalar olduğu kimi qəbul olunur?
Vitaminlər,yağlar, mineral duzlar c)Vitaminlər ,su, mineral duzlar
Yağlar ,su ,karbohidratlar d) Su ,vitaminlər,zülallar
2.Uyğunluğu müəyyən edin:
1.Su a) Sümükləri möhkəmləndirir.
b) İstiliyi tənzim edir.
2. Mineral duzlar c) Maddələri daşıyır.
d) Yaraların sağalmasını təmin edir
3.Düz və səhv fikirləri “+” ,və “-“ ilə işarələyin:
Diş tacının üzəri mina qatı ilə örtülür
İnsanda köpək dişlərinin sayı 6-dır
Süd dişlərinin tərkibində böyük azı dişləri olmur.
Həzm kanalının ən uzun şöbəsi nazik bağırsaqlardır
4. Mədənin mühiti hansı variantda düzgün verilib?
A) Neytral , B) Qələvi, C) Turş, D) qələvi –turş
5. 3q zülalın parçalanmasından parçalanmasından nə qədər enerji alınar?
A) 52,8 kc, B) 48,3kc, C) 64,8kc. D) 58,4 kc , E) 98,2 kc.
6. Boş qalan hissələrə həzm orqanlarının adını düzgün yerləşdirin.
Ağız Mədə

yoğun bağırsaq
7.C vitamini ilə zəngin olan qidalar hansılardır.?
A)Kartof ,lobya ,zeytun yağı B)Balıq ,pomidor,ərik
C) Limon ,soğan ,pomidor D)Qara ciyər ,kartof, limon
8. Düzgün fikirlərin altından xətt çəkin .
Zülallar üzvi/ qeyri-üzvi maddələrə aiddir.
Qızardılmış qidalardan çox istifadə böyrək / ,ürək –damar xəstəliklərinə səbəb olur.
Karbohidratların ilk həzmi ağızda / mədədə başlayır
Sirroz mədənin / qara ciyərin qorxulu xəstəliyidir
9. Uyğunluğu müəyyən edin:
1.Ağız boşluğu A) Qida borusundan sonra yerləşir.
2. Mədə B) Öd hazırlayır
3.Kor bağırsaq C) On iki barmaq bağırsaq
4.Qara ciyər D) Həzm kanalının başlanğıcı
5.Nazik bağırsağın ön hissəsi E) Yoğun bağırsağın bir hissəsi
10. Həzm orqanlarının xəstəlikləri və onlardan müdafiə olunma yolları barədə bildiklərinizi yazın :