Возможность ускорить движение частотной характеристики


Dərs
Mövzu: Hərəkətin reaksiya tezliyinin inkişaf etdirilməsi.
Standartlar:
Sağlamlığın mohkəmləndirilməsində hərəki fəaliyyətin rolunu izah edir;
1.2.2. Oyunların təşkili qaydalarını izah edir;
2.2.2. . Muvafiq qaydalara əməl etməklə muxtəlif idman novlərinin (atletika, gimnastika, futbol)
elementlərindən ibarət mutəhərrik oyunlarda iştirak edir.
3.1.3. Qaçış zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir.
4.1.1. Hərəkətlərin icrası və oyun prosesində rəqiblə qaydalar çərçivəsində davranmaqla cəsarət və mübarizlik göstərir.
Məqsəd: Sürət qabiliyyətinin inkişaf etdirilməsi;
Dərsin vəzifələri:
Sürət qabiliyyətinin fiziki hazırlığın formalaşmasında əhəmiyyəti haqqında məlumat vermək;
Hərəkətin reaksiya tezliyini inkişaf etdirən hərəkətlər, oyun qaydaları haqqında məlumat vermək;
Hərəkətin tezliyinin inkişaf etdirən oyunları, estafetlərini təşkil etmək və keçirmək;
Şagird fəaliyyətini təmzimləmək və qiymətləndirmək.
Fəndaxili inteqrasiya: 1.1., 1.2., 1.3, 2.2,3.1, 4.1.
İş forması: kollektiv, kiçik qruplarla, fərdi.
İş üsulu: izah, hərəki təfəkkürün formalaşması, nümayiş etdirmə, təkrar.
Resurslar: -müxtəlif çıxış vəziyyətlərdən startlar;
-müxtəlif intervalı siqnallarla startlar;
-oyunlar və estafetlər;
Zəruri avadanlıq və ləvazimatlar: fit, tabaşir, ruletka, piramida və ya bayraqcıqlar, saniyəölçən.
Dərsin gedişi:
Giriş hissə:3-5 dəq.
Bir cərgədə düzülüş, raport, salamlaşma.
Motivasiya:
Uşaqlar şəkildə nə görürsünüz?
İdmançılar nə edirlər?
Arxada qalan idmançılar nə üçün finiş xəttini birinci keçə bilmirlər?
Sürətli olmaq bizə nə üçün lazımdır?
Tədqiqat sualı: Sürətli olmaq üçün hansı hərəkətlərdən istifadə etmək lazımdır?
Hazırlayıcı hissə: 8-10 dəq.
Sıra hərəkətləri, irəliləmələr: yeriş, qaçış, hoppanmalar.
Ümuminkişaf hərəkətləri:
1. Qolların yanlarda, adi yerişin pəncələr üzərində yerişlə növbələşdirilməşi: dörd adı addım, dörd – pəncələr üzərində yeriş.
2. Ç.v. – əllər çiyinlərdə, barmaqları yumruqda yığmaq. Qolları və barmaqları fəal açıb bükməklə yeriş. Qollar irəliya, yuxarıya, yanlara və aşağıya növbəli açılmaları.
3. Qollar beldə bükülü vəziyyətdə xizəkdə sürüşmə hərəkətinin imitasiyası,
4. Gövdənin kiçik dönməsi, qolları yellənməsilə yeriş.. 5.Əllər beldə, dizləri yuxarıya qaldırmaqla, bükülən qıça tərəf əyilməklə yeriş. Hər addımı iki sayda icra edilir.
1s. – sağ qıçı bükmək və sağa əyilmək;
2s. – sağla irəliyə addım, düzəlmək;
3-4s. – eyni hərəkət sol ayaqla, sola əyilməklə.
6. Ç.v. – dayaqlı oturuş. Ayaqlardan əllərə qısa tullanmalarla irəliləmək.
7. Qaçışın, yerində qaçış və 360° dönmələrlə növbələşdirilmiş icrası. Addımların nisbəti müxtəlif ola bilər, məsələn, 1-4s. – irəli qaçış, 5-8s. – dönərək, yerində qaçış.
Əsas hissə: 20-25 dəq.
Hazırlayıcı hərəkətlər:

İrəliyə mayallaq aşmaqdan sonra sürətlənmə ilə qaçış x 2-4 527685-141605«MARŞ!» komandası ilə startdan qaçaraq əlini irəlidə durmuş komanda yoldaşının əlinə vurmaq x 2-4
Kürəyi qaçış istiqamətinə oturuşdan qaçış x 2-4

Müxtəlif çıxış vəziyyətlərindən qaçışa başlamaq x 4-6
Əsas hərəkət:
7112049530Sinif hər birində 5-6 şagird olan komandalara bölünür. Meydançada bir-birindən 10-15m məsafədə start və dönmə xətləri çəkilir. Dönmə xəttində hər bir komanda üçün bir bayraq və ya piramida qoyulur. Komandalar start xəttində kürəyi qaçış istiqamətinə olmaqla sırada düzülürlər. Start komandası ilə birinci iştirakçılar dönərək qaçıb bayrağın ətrafından dönüb öz komandasına qayıdır, əlini yoldaşının kürəyinə toxundurur, sıranın əvvəlinə keçir. İkinci iştirakçı dönərək yarışı davam etdirir. Daha tez çıxış vəziyyəti alan komanda qalib gəlir.
8191541910 Şagirdlər iki komandaya bölünürlər və aralarında 2m məsafə olan iki cərgədə dözölörlər. Start siqnalı ilə arxadakılar öndəkilərə çatmağa çalışırlar. Öndəki şagirdə toxunan hər bir iştirakçıya bir xal verilir. Sonra komandalar yerlərini dəyişirlər. Daha çox xal toplayan komanda qalib gəlir.
-4318052705Sinif şagirdlərin sayından asılı olaraq iki və ya daha çox komandalara bölünür. Komandalar biri-birindən 22m məsafədə bir-birinə paralel çəkilmiş start xətləri üzərində qarşı-qarşıya aşağı start vəziyyətində düzülürlər. Hər bir iştirakçıdan 10m məsafədə bayraq, top və hər hansı əşya qoyulur. Əşyalar arasında məsafə iki metrdir. Start siqnalı ilə hər bir iştirakçı dönmə xəttinə qoyulmuş əşyaya doğru qaçır və onun ətrafından dönərək start xəttinə tərəf qayıdır. Çıxış vəziyyətini daha tez alan komanda qalib sayılır.
20м
Tamamlayıcı hissə: 3-5 dəq.
Qolların müşayəti ilə tənəffüs hərəkətləri. Qolların və ayaqların sirkələndirilməsilə boşaldılması.
Qiymətləndirmə:
Zəif Orta Yüksək
Hərəkətin reaksiya tezliyinə aid hərəkətlərinin və oyunlarının icrası qüsurludur. Hərəkətin reaksiya tezliyinə aid hərəkətlərin və oyunlarının icrasında kiçik qeyri-dəqiqliyə yol verir. Hərəkətin reaksiya tezliyinə aid hərəkətləri və oyunları nümunələrə müvafiq icra edir.
Zəif Orta Yüksək
Hərəki fəaliyyəti inamsızdır. Hərəki fəaliyyəti zamanı yoldaşları ilə ünsiyyət qurur. Hərəki fəaliyyəti zamanı əzimkarlıq və qətiyyətlilik nümayiş etdirir.
Ev tapşırığı; 30m məsafəyə təkrar qaçış. 4 dəfə