Презентация по математику на тему Наибольший общий делитель (6 класс)
Mingəçevir şəhər Nizami Gəncəvi adına 8№li tam orta məktəbin RİYAZİYYAT-İNFORMATİKA müəllimi İbrahimxəlilova LeylaFənn: RiyaziyyatSinif: VI
Standart: 1.2.2 Vurma və bölmənin xassələrini tətbiq edirDərsin məqsədi: Verilmiş ədədlərin ən böyük ortaq bölənini tapır.
Mövzu: Ən böyük ortaq bölənİnteqrasiya: informatika 1.2.3Təlim forması: Qruplarla iş,kollektivlə işTəlim üsulu: Beyin həmləsi, müzakirəResurslar: Müəllim üçün metodik vəsait, dərslik, iş vərəqləri
28 ədədinin bölənləri42 ədədinin bölənləri1,2,4,7,14 ,28 1,2,3,6,7,14,21,424 28127143 6 2142Bu ədədlər içərisində ən böyük ortaq bölən 14-dür.
a və b natural ədədlərininən böyük ortaq böləni bu ədədlərin hər ikisinin qalıqsız bölündüyü ən böyük natural ədəddir.Yazılışı : ƏBOB( a;b). Oxunuşu : a və b ədədlərinin ən böyük ortaq böləniƏdədlərin ən böyük ortaq bölənini tapmaq üçün alqoritm quraq:Ədədlər sadə vuruqlara ayrılır;Alınmış sadə vuruqlardan eyni (ortaq ) olanlarının hasili tapılır.
Tədqiqat sualıÇoxrəqəmli ədədlərin ən böyük ortaq böləni necə tapılır?
Qruplarla iş
I QRUPTapın:ƏBOB(60, 120) ƏBOB( 11,13)2.Verilmiş ədədlərdən ən böyük ortaq böləni 12 olanı seçin:a) 48, 36, 60b) 22,44, 66c) 15,25,353. Yeşiyə daha 7 alma əlavə edilərsə, onları dörd-dörd, beş-beş, altı-altı saymaq olar. Yeşikdə ən azı neçə alma var?
II QRUP78 və 104 ədədlərinin ən böyük ortaq bölənini tapın.Verilmiş ədədlərdən ən böyük ortaq böləni 6 olanı seçin:a)54 və 45b) 66 və 72c) 49 və 183. 124 dəftər və 93 qələmi altıncı sinif şagirdləri arasında bərabər böldülər. Sinifdə neçə şagird var? Hər şagirdə neçə qələm və dəftər düşdü?
III QRUP1.Tapın:ƏBOB(48, 72) ƏBOB( 17,19)2. 60 paxlava və 48 şəkərburanın hamısından istifadə edərək ən çox neçə eyni hədiyyə bağlaması düzəltmək mümkündür?3.Hasil şəklində verilmiş ədədlərin ən böyük ortaq bölənini tapın: 2*2*3*5*7*19 və 2*3*3*7*11*13 2*2*2*3*7*11*11*19 və 2*2*3*3*11*11*19*19*19
IV QRUP1. Tapın: ƏBOB(15, 25) , ƏBOB( 46, 76)2. Verilmiş ədədlərdən ən böyük ortaq böləni 15 olanı seçin:a) 54 və 45b) 45 və 90c) 49 və 963 . Tərəfləri 8 sm və 12 sm olan düzbucaqlını elə bərabər kvadratlara bölün ki, alınan kvadratın tərəfinin uzunluğu ən böyük olsun. Neçə kvadrat alınar?
Məlumat mübadiləsi və müzakirə Hər bir qrup öz işlərini təqdim edirlər. Bu zaman müzakirələr gedir. Şagirdlərə yerinə yetirdikləri tapşırıqlar barədə suallar verilir.
Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1-ə bərabərdir.Məsələn: ƏBOB( 18,25)=1; ƏBOB(17,35,44)=1İki ardıcıl natural ədəd həmişə qarşılıqlı sadə ədəddir, yəni onların ən böyük ortaq böləni 1-dir. Məsələn: ƏBOB(39,40)=1İki ardıcıl tək ədəd də qarşılıqlı sadə ədəddir. ƏBOB( 21,23)=1Əgər ədədlərdən biri digərinin bölənidirsə, onda bölən həm də bu ədədlərin ən böyük ortaq bölənidir. Məsələn: ƏBOB(9,3)=3, ƏBOB(32,64)=32.Ümumiləşdirmə və nəticələrin çıxarılması
Dərslik səh. 11-də çalışma 1;2 və səh. 12-də çalışma 3; 4
Verilmiş fikirlərin Doğru və ya Yalan olmasını müəyyən edin:a və b ədədlərinin ən böyük ortaq böləni bu ədədlərin bölündüyü ən böyük natural ədəddir.Verilmiş ədədlərdən biri digərinin bölənidirsə,onda bölən bu ədədlərin ən böyük ortaq bölənidir.Birdən başqa ortaq bölənləri olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir.Ədədlərin ən böyük ortaq bölənini tapmaq üçün onları sadə vuruqlara ayırıb sonra hasilini tapmaq lazımdır.İki ardıcıl natural ədəd və iki ardıcıl tək ədəd həmişə qarşılıqlı sadə ədədlərdir.(yalan)(Doğru)(Doğru)(Yalan)(Doğru)
Qiymətləndirmə{5940675A-B579-460E-94D1-54222C63F5DA}Ən böyük ortaq böləni qismən tapırƏn böyük ortaq böləni müəllimin köməyi ilə tapırƏn böyük ortaq böləni sərbəst tapırI QRUPII QRUPIII QRUP