Prezintasiya po informatike na temu Umumi orta t?hsil s?viyy?si uzr? yeni f?nn kurikulumlar?n?n t?tbiqi


Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqiİnformatika fənni üzrə Zamanova Aynur Dilavər qızı Müsair dövrdə həyatın tələbləri və təlimin məqsədləri Bütün dünya kimi Azərbaycan da 3-cü minilliyə qədəm qoymuşdur. Bu gün məktəbdə təlim alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tam hüquqlu üzvləri olacaqlar. Yaşadığımız XXI əsrin xüsusiyyətlərini nəzərə almaqla, gələcəyin təlimi necə olmalıdır? XXI əsrdə insanlara vacib olan bilik, bacarıq, vərdiş və keyfiyyətlər hansılardır? Bu suallara cavab vermək üçün dünyanın xüsusiyyətlərini tam aydın təsəvvür etmək zəruridir. 1. Biz sürətlə dəyişən dünyada yaşayırıq. Elmin, texnika və texnologiyanın, xüsusilə də kompüter texnologiyasının sıçrayışlı inkişafının şahidiyik. Daima dəyişən həyatın şəraitinə uyğunlaşmaq üçün çevik olmaq, yeni şəraitə uyğunlaşmaq, öz qabiliyyətini gerçəkləşdirməyi bacarmaq, özünüinkişafa və özünütəkmilləşdirməyə hazır olmaq zəruridir.2. Daima artan məlumat axını müasir insanın üzərinə sel kimi axır. Müasir dövrdə gün ərzində aldığımız informasiyanı 200 il bundan əvvəl yaşayan insanlar 1 il ərzində əldə edirlər. Əldə olunan biliklər məlum olmamış köhnəlir və bu da insanlara mövcud problemlərin həlli üçün qazandıqları biliklərlə kifayətlənməyə imkan vermir. Həyatda baş verən dəyişikliklərə uyğunlaşmaq və səmərəli fəaliyyət görmək yalnız o zaman mümkün olur ki, insan həyatı boyu bilikləri müstəqil əldə etməyi bacarır və buna can atır. Bu zaman başlıca köməkçi kimi dərketmə fəallığı və hər şeyi öyrənmək həvəsi, həmçinin, şəxsiyyətin əməksevərliyi böyük rol oynayır. İnsan zəruri informasiyanı müstəqil qazanmalı, yenidən işləməyi, düzgün istifadə və tətbiq etməyi bacarmalıdır. 3. Vaxtın məhdudiyyətinin artması fəal və yaradıcı olmaq və şəraitdən tez baş çıxarmaq, təşəbbüs göstərmək, müstəqil olaraq yeni məsələlər qarşiya qoymaq və qərar qəbul etməyi bacarmaq zərurətini yaradır. Təşkilatçılıq, öz fəaliyyətini planlaşdırma vərdişləri və daxili nizam-intizam, vaxt məhdudiyyəti problemini həll etməkdə kömək edə bilər.4. Cəmiyyətdə baş verən sosial proseslər də şəxsiyyətin inkişafına dair xüsusi tələblər irəli sürür. Biz şəxsiyyət azadlığı dəyərinin artımını cəmiyyətin demokratik prinsipləri dəstəkləməsində və eyni zamanda insan hüquqlarının pozulmasının genişlənməsində ifadə olunan sosial ziddiyyətlərdə müşahidə edirik. Bütün bunlar şəxsiyyətin müstəqil, öz mühakimələrində və əməllərində azad olmağı, məsuliyyətli və tənqidi düşünməyi, mövqeyini müdafiə etmək bacarığını tələb edir. Öz hüquq və vəzifələrini bilib digərlərinin hüquq və vəzifələrinə hörmət etmək əsasında qarşılıqlı demokratik münasibətlərə yiyələnmədən demokratik cəmiyyətin dəyərlərinə hörmət etmək mümkün deyil. 5. Cəmiyyətin təbəqələşmə tendensiyası insanlar arasında fərqlərin dərinləşməsi, virtual tipli ünsiyyətin yayılması digər insanlarla harmonik qarşılıqlı fəaliyyəti və ünsiyyəti ( qarşılıqlı hörmət, etibar, dostluq, əməkdaşlıq, tolerantlıq) bacarığı tələb edir.6. Ekoloji fəlakətlərin, terrorizmin, mədəniyyət vandalizminin artımı təbiət və mədəniyyətə qayğılı münasibətin aşılanmasının, öz xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və ənənələrinə yiyələnməyin və dünya sivilizasiyasının dəyərləri ilə tanış olmağın zəruriliyinə gətirib çıxarır.Bu səbəbdən də təlim müasir uşağı dövrünün həyatına hazırlamağı bacarmalıdır. Təlim daim dəyişən dünyanın reallıqlarından kənarda mövcud ola bilməz. Hər hansı təlim və tərbiyə sisteminin qurulmasının başlıca istiqamətverici amili yetişdirdiyimiz şəxsiyyəti necə tərbiyə etmək istəyimizdən asılıdır. Dünya təcrübəsindən məlum olduğu kimi, XXI əsrdə həm cəmiyyətin, həm də onun hər bir üzvünün yaşaması və inkişafında başlıca dəyər yaradıcı, özünüinkişaf etdirən şəxsiyyətdir. Təhsil prosesi uşaqda özünüinkişaf qabiliyyəti formalaşdırmalıdır. Bu da öz növbəsində aşağıda göstərilən fəallığa, dərketmə tələbatına və qabiliyyətinə əsaslanır: Məntiqi düşünməƏtraf aləmin cisim və hadisələrinə tənqidi yanaşmaMüstəqil olaraq qərar çıxarmaƏtrafda olanları yaradıcı surətdə dəyişməBilikləri müstəqil əldə etməPraktiki problemləri həll etməŞəxsiyyətin inkişafına dair yeni məqsədlər qarşıya qoyma. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün informatika fənni kurikulumu İnformatika kurikulumu və onun xarakterik cəhətləri.Bu kurikulum ümumtəhsil məktəblərində informatika təliminin əsas məqsədlərini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq üçün bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkan və ehtiyaclarına istiqamətlənmiş konseptual sənəddir. Kurikulum müasir dövrdə hər bir şəxsin əmək, istedad, qabiliyyət və yaradıcılığının müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin formalaşdırılmasına, onların qarşılaşdıqları problemlərin həlli və müstəqil qərarlar qəbul etməsi üçün zəruri informasiya təminatını ödəyən kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemlərindən səriştəli istifadə bacarıqlarına malik olmasına yönəlmişdir. Kurikulumda şagirdlərin idraki, informativ-kommunikativ fəaliyyətləri nəzərə alınır, fənn üzrə təlimin məzmunu nəticələr formasında verilir. Bu, şagird nailiyyətərinin qiymətləndirilməsinə, onların inkişafının izlənməsinə, gündəlik həyatda, fəaliyyətdə zəruri olan bacarıqların əldə olunmasına imkan yaradır. Ümumtəhsil məktəblərinin bütün siniflərində informatikanın kütləvi surətdə istifadə edilməsi və kompüterin bütün fənlərin tədrisində tətbiqi bu kursa ümumtəhsil xarakteri verir. Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri Informatika ümumtəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdən biridir. Informatika şagirdin zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətinin yüksəlməsində müstəsna rol oynayır. Informatikanın tədrisi zamanı ümumiləşdirmə, konkretləşdirmə, analiz, sintez, təsnifetmə və sistemləşdirmə kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdin məntiqi təfəkkürünün inkişafını sürətləndirir, onların məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, alqoritmik təfəkkürlərini inkişaf etdirir. İnformatika şagirdlərin bacarıq və vərdişlərinin formalaşmasında mühüm rol oynamaqla onların xarakterinin formalaşmasına, mənəvi keyfiyyətlərinin və intellektual səviyyəsinin inkişafına kömək edir. Orta məktəbdə tədris olunan informatika fənni şagirdlərin ali təhsil müəssisələrində yeni bilik və bacarıqlara yiyələnməsinə zəmin yaradır. Informatikanın son dövrlərdəki inkişafı onu texniki bir fəndən, təbiətdə və cəmiyyətdə informasiya proseslərinin emalı haqqında olan fundamental elmə çevirmiş və bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur. Nəticədə riyazi informatika, texniki informatika, geoinformatika, tibbi informatika, bio informatika, kimyəvi informatika, hüquqi informatika, iqtisadi informatika, sosial informatika və s. kimi elmi sahələr yaranmış, inkişaf etmiş və informasiya cəmiyyəti quruculuğunu daha da sürətləndirmişdir. Ümumtəhsil məktəblərində informatika fənni təliminin əsas məqsədi şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir.İnformatika təliminin əsas vəzifəsi informasiyaların qəbulu, toplanması, təhlili, ötürülməsi, emalı və onlardan istifadə qaydaları haqqında şagirdlərin tam və dolğun biliklər qazanması, bu biliklər vasitəsilə dünyada baş verən informasiya proseslərinin əhəmiyyətini, müasir cəmiyyətin inkişafında informatika və informasiya texnologiyalarının rolunu başa düşməsi, İKT-ni ümumbəşri dəyərlərin tərkib hissəsi və İnformasiya Cəmiyyəti inkişafının hərəkətverici qüvvəsi kimi qiymətləndirməyi, praktik fəaliyyətdə və digər fənlərin də öyrənilməsində tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün əsas yaratmaqdır. Ənənəvi və fəal (interaktiv) təlim{5C22544A-7EE6-4342-B048-85BDC9FD1C3A}“Ənənəvi təlim”“Fəal (interaktiv) təlim”Hafizəyə (yaddaşa) əsaslanırTəfəkkürə əsaslanırMonoloji təlimDioloji təlimTədrisdə avtoritar üslubTədrisdə demokratik üslubMüəllim-əsas bilik mənbəyi kimiBilik mənbələri müxtəlifdirŞagirdlər passivdirŞagirdlər fəaldırŞagirdlər yeni bilikləri müəllimin məlumatları və izahlarını qavrama və yadda saxlama əsasında mənimsəyirlərŞagirdlər yeni bilikləri təqdimat zamanı dərk edirlərHazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəməMəsələnin həlli prosesində biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi Ənənəvi dərsin və fəal dərsin quruluşunun fərqi{00A15C55-8517-42AA-B614-E9B94910E393}Fəal dərsin quruluşuƏnənəvi dərsi quruluşu1. Motivasiya (problemin qoyulması, fərziyyələrin irəli sürülməsi)1. Ev tapşırığının yoxlanılması2. Tədqiqatın aparılması (fərziyyələri yoxlamaq üçün faktların axtarılması)2. Öyrənilən mövzunun sorğusu (frontal və fərdi sorğu)3. Məlumat mübadiləsi (əldə edilmiş məlumatların və öz tədqiqatların təqdimatı)3. Yeni mövzuya dair mühazirə (yeni mövzunun izahı)4. Məlumatın müzakirəsi və təşkili (əldə edilmiş məlumatların müzakirəsi, müxtəlif faktların əlaqələndirilməsi, onların sistemləşdirilməsi)4. Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi5. Üumiləşdirmə və nəticələrin çıxarılması (ümumiləşdirmələr, nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq və ya təkzib edilməsi haqqında nəticə, tədqiqat sualına cavab)5. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar6. Produktiv(yaradıcı)tətbiq etmə (yeni şəraitdə tətbiqetmə, praktiki məsələlərin həlli)6. Reproduktiv (təkraredici) tətbiqetmə7. Qiymətləndirmə və ya Refleksiya (şəxsi fəaliyyətin inikası və qiymətləndirilməsi, istənilən mərhələdə aparıla bilər)7. Qiymətləndirmə Ənənəvi dərsin və fəal dərsin quruluşunun fərqiFəal dərsin quruluşu tədqiqat prosesinin mərhələlərini xatırladır (təlim prosesinin mərkəzi-tədqiqatdır), ənənəvi dərs illüstrativ-izahedici xarakter daşıyır (təlim prosesinin mərkəzi-mühazirədir).Ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırıldığı halda, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin özü vasitəsilə (tədqiqat nəticəsində) əldə edilir.Hər iki dərsdə tətbiqetmə mərhələsi axırda olur, lakin fəal dərsdə bu mərhələ daha yaradıcı xarakter daşıyır.Fəal dərsin fərqli mərhələlərindən biri-refleksiya mərhələsidir. Refleksiyanın nəticəsində şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.Refleksiya- artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir. Fəal (interaktiv) təlimin xüsusiyyətləriIştirakçıların bütün dərs zamanı fəallığıDərsin əvvəlində problemin qoyulması və dərsin gedişinin problemin həllinə yönəldilməsiYeni biliklərin müstəqil kəşf edilməsiTəlimin tədqiqat şəklində keçirilməsiTəlimin interaktiv şəklində keçirilməsi: şagirdlərin birgə fəaliyyəti, müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığıQrup işindən geniş istifadə olunmasıBiliklərin yaradıcı tətbiqiMüxtəlif tipli tapşırıqlardan, bilik mənbələrindən və iş vərəqələrindən istifadə edilməsi. Fəal (interaktiv) təlimin əsas xüsusiyyətləriFəal (interaktiv) və ənənəvi təlimin arasında həm oxşar, həm də fərqli cəhətlər var. Eyni zamanda, elə xüsusiyyətlər var ki, onlar yalnız fəal təlimə məxsusdur. Onlar aşağıdakılardır: Təlimin subyekt-subyekt xarakter daşıması İştirakçıların bütün dərs zamanı fəallığı Dərsin əvvəlində problem situasiyanın yaradılması və onun gedişinin problemin həllinə yönəldilməsi Dərsin tədqiqat şəklində keçirilməsi, təlimin tədqiqat üsulu ilə keçirilməsi Şagirdlərin düşündürücü və istiqamətləndirici suallar vasitəsilə yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi Dərsin dialoq şəklində aparılması Müəllim və şagirdlər arasında qarşılıqlı əməkdaşlığın, əks əlaqənin yaradılması Qrup işindən geniş istifadə olunması, şagirdlərin birgə fəaliyyəti Təlim vasitələrinin və tapşırıqların müxtəlifliyi və yeniliyi İş vərəqələrinin istifadəsi Biliklərin yaradıcı tətbiqi və s. Fəal (interaktiv) təlimin üstünlükləriMüstəqil düşünmək və sərbəst nəticə çıxarmaq imkanıŞagirdlərin fəallığıAz vaxt ərzində daha çox məlumat mənimsəmək imkanıTədqiqat vərdişlərinin formalaşması və inkişafıƏməkdaşlığın və qarşılıqlı hörmətin formalaşması. Mənə de- mən yaddan çıxarım,Mənə göstər- mən yadda saxlayım,Məni cəlb et- mən öyrənim.(Çin hikməti) Fəal (interaktiv) təlimin mexanizmləri Problem situasiyanın yaradılması. Şagird – tədqiqatçı, müəllim- fasilator, bələdçi. Dialoqun və əməkdaşlığın zəruriliyi. Psixoloji dəstək: hörmət və etibar. Mexanizm № 1. Problem situasiyanın yaradılması. Sizin ən zəif şagirdiniz təlimdə nə zaman fəallaşır?- təlim onun üçün maraqlı olduqda və o özü problemi həll etməyə qadir olduqda. Deməli, öyrənmə (idrak) fəallığını yaratmaq üçün nə etmək lazımdır?- iştirakçılar müxtəlif təkliflər irəli sürə bilərlər, lakin təlimçi onları “şagirdin qarşısına problem qoymaq və onu problemin həll edilməsinə yönəltmək” fikrinə yönəltməlidir. Nə üçün məhz problemin qoyulması vacibdir?- problemin qoyulması nəticəsində ziddiyyəti həll etmək tələbatı yaranır və bu birbaşa təfəkkürü oyadır, problemi həll etməyə vadar edir bu da öz növbəsində idrak fəallığını yaradır. Problemi necə yaratmaq olar?- problemi yaratmaq üçün ziddiyyət və bu ziddiyyətin həlli üçün məlumat qıtlığı olmalıdır. Problemin daha hansı xüsusiyyətləri idrak fəallığı yaradır?- problem cəlbedici, maraqlı, düşündürücü olmalı, müxtəlif fikirlər yaratmalı, müstəqil tədqiq edilməsi mümkün olmaqla şagirdlərin öz qabiliyyətlərini nümayiş etdirməyə imkan verən və onların imkanlarına, səviyyəsinə uyğun olmalı, eyni zamanda asan olmalıdır. Problem yaranandan sonra təlimdə nə baş verir?- problemin həlli üçün müxtəlif fərziyyələr təklif olunur. Mexanizm № 2. Şagird tədqiqatçı, müəllim- fasilator, bələdçi. Sizin aranızda elə müəllimlər varmı ki, dərsdə şagirdlərin hamısının eyni səviyyədə fəallığına və məlumatı yaxşı qavramalarına nail olub? Nəyə görə yox, bu nədən asılıdır?- şagirdin marağından, bilik səviyyəsindən, onun əhval-ruhiyyəsindən, idrak proseslərinin (hafizənin, diqqətin, təfəkkürün) xüsusiyyətlərindən, müəllimin ustalığından. Müəllim şagirdin qarşısına qoyulan problemi özü həll edəcəksə, fəallıq artacaq, yoxsa sönəcək?- sönəcək. müəllim hansı mövqeyi tutmalıdır ki, şagirdin idrak fəallığı bütün dərs boyu saxlanılsın?- bələdçi mövqeyini.Şagirdin təlim prosesinin subyektinə çevrilməsini necə başa düşürsünüz?- o kəşfedici şəxsin rolunu yerinə yetirir. Bu zaman müəllim və şagirdin mövqeyi və əlaqəsi necə olmalıdır?- müəllim bilikləri əldə edilməsində bələdçi mövqeyi tutur, şagird isə tədqiqatçı, bilikləri kəşf edən şəxs kimi çıxış edir. Mexanizm № 3. Dialoqun və əməkdaşlığın zəruriliyi. Dialoq nəyə görə vacibdir? – dialoq zamanı təlimin hər bir iştirakçısının bilik və təcrübəsindən istifadə edib problemin daha səmərəli həlli yollarını tapmaq mümkündür. Dialoq şagirdə hansı təlim imkanlarını verir? Onda hansı bacarıqlar formalaşır? – öz qabiliyyətini nümüyiş etdirməyə imkan yaranır; şagirdin ünsiyyət bacarıqları formalaşır- öz fikirləri ilə bölüşmək, fəal dinləmək, müxtəlif fikir və baxışlarınəzərə almaq, birgə iş görmək, bir-birinə hörmət etmək və s. Problemi daha səmərəli həll etmək və müxtəlif fərziyyələri araşdırmaq üçün çüəllim və şagirdlərin arasında nə baş verməlidir? – dialoq, əməkdaşlıq. Bu münasibətləri müəllim hansı yollarla həyata keçirə bilər? – Şagirdlərin biliklərinin canlandırılması və problemin həllinə istiqamətin verilməsi üçün yönəldici suallardan istifadə edilməsi, lazımi məlumat mənbələrinin təqdim edilməsi, tədqiqatın aparılmasının düzgün təşkil edilməsi, problemin həll edilməsinin stimullaşdırılması, həvəsləndirilməsi, yaradıcı əhvali-ruhiyyənin yaradılması yolu ilə. Mexanizm № 4. Psixoloji dəstək: hörmət və etibar. Nə üçün şagirdin öyrənməyə və problemi həll etməyə həvəsini saxlamaq üçün psixoloji dəstək lazımdır? – şagirddə uyğunsuzluq qorxusu, inamsızlıq hissi aradan götürülür və şagirdlərin idrak fəallığını dərs boyu lazımi səviyyədə saxlanılır. Bunu necə etmək olar? – müəllim problemin şagirdlər tərəfindən müstəqil tədqiq edilməsi və onun həlli üçün bütün imkanları yaratmalıdır, onun cavablarını yaxşı və ya pis qiymətləndirməkdən imtina etməlidir, problemin həllində istənilən cəhdi yaradıcı fikir kimi qəbul etməlidir. Əsas şərt: müəllim şagirdlərə psixoloji dəstək verməlidir- onlara hörmət və etibarla yanaşmalıdır. Mexanizm 1. Problem situasiyanın yaradılması. Şagirdin qarşısına problem qoyulur və onun problemi həll etməyə yönəldilməsi nəticəsində idrak fəallığı yaranır.Mexanizm 2. Şagird tədqiqatçı, müəllim-fasilator. Fəal (interaktiv) təlim zamanı şagird subyekt mövqeyini tutmalı, bu prosesin bərabər iştirakçısı olmalıdır. Şagird tədqiqatçı, müəllim isə- bələdçi rolunu həyata keçirməlidir. Şagirdlər bilikləri müstəqil şəkildə tədqiqat zamanı əldə etməlidir.Mexanizm 3. Dialoqun və əməkdaşlığın zəruriliyi. Fəal (interaktiv) təlim dioloji şəkildə əməkdaşlıq şəraitində keçirilir. Mexanizm 4. Psixoloji dəstək: hörmət və etibar. Şagirdlərin idrak fəallıqlarını saxlamaq vasitəsi- onların psixoloji dəstəklənməsidir: müəllimin xeyirxah münasibəti, şagirdlərə hörmət və etibarı, onların bacarığına inamı. Nəticə Fəal (interaktiv) təlimin 4 əsas mexanizmi idrak fəallığının əmələ gəlməsinə və dərs zamanı saxlanmasına səbəb olur.Dərketmə və biliklərin mənimsənilməsi prosesində təfəkkürün fəallaşdırılması nəticəsində şagirdlərdə sərbəstlik, biliklərin daha da müstəqil qavranılmasına imkan yaranır və təlim daha səmərəli olur. Fəal (interaktiv) təlimin mexanizmləri standartların həyata keçirilməsini təmin edir. Təfəkkürün fəallaşdırılmasıŞagirdlərin fəallığı Biliklərin səmərəli mənimsənilməsi Qiymətləndirmə sistemiBeynəl-xalqMilli Məktəb-daxiliDiaqnostikFormativSummativXüsusiy-yətləriFormalarıRolu və vəzifələri Kəmiy-yətKeyfiy-yət Məktəbdaxili qiymətləndirmənin növləriDiaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi)Formativ qiymətləndirmə (inkişafın izlənməsi)Summativ (yekun qiymətləndirmə)Qiymətləndirmə nəyə yönəlməlidir?Şagirdin:1. İlkin səviyyəsinin müəyyənləşdirilməsinə (“Hansı səviyyəyə malikdir?”);2. İnkişafının davamlılığına (“Necə öyrənir?”);3. Əldə etdiyi nailiyyətlərin müəyyən olunmasına (“Nəyi öyrəndi?”). Diaqnostik qiymətləndirməDiaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə, birbaşa müəllimin strategiyalarının seçilməsinə xidmət edir.Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır.Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumatalmağa imkan verir.Fərdi yanaşmaya və differensial təlimə şərait yaradır.Məqsədlər:1. Hər bir şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsi haqqında məlumat əldə etmək. 2. Təlim prosesinin planlaşdırılmasında şagirdlərin fərdi inkişaf xüsusiyyətlərini nəzərə almaq və fərdi yanaşmanı təmin etmək.3. Təlim strategiyasını müəyyənləşdirmək. Nə vaxt keçirilir?Dərs ilinin, tədris vahidlərinin əvvəlində;Yeri gəldikcə bəhs və bölmələrin əvvəlində;Zəruri vəziyyət yarandıqda (şagird başqa məktəbdən gələndə, sinfi dəyişəndə və s.)Harada qeyd olunur?Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazılı qeydlər müəllimin qeyd dəftərində öz əksini tapır, sinif və şagird portfoliosunda saxlanılır. Formativ qiymətləndirməFormativ qiymətləndirmə dərsi müşayət edən prosesdir. Formativ qiymətləndirmə sinifdə şagirdin inkişafının sistemli şəkildə izlənilməsini təmin edir. Müəllim bu qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kömək göstərir. Formativ qiymətləndirmə şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə müvəffəqiyyət qazanmasına kömək məqsədilə aparılır.Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Bu prosesdə şagirdlər qiymətləndirmə meyarları ilə əvvəlcədən tanış olurlar. Məqsədlər:Şagirdin bilik və bacarığını formalaşdırmaqla onun təlim nəticələrinə nail olmaq;Şagirdlərin təlim ehtiyaclarını öyrənmək;Şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin etmək;Şagirdin uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək;Şagirdlərin hər bir fənn üzrə məzmun standartlarında göstərilən əsas və bacarıqlar əldə etməsini izləmək;Şagirdin özünüqiymətləndirmə bacarığını inkişaf etdirmək;Tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin etmək. Formativ qiymətləndirmə zamanı müəllim öz fəaliyyətini aşağıdakı suallar əsasında nizamlayır:Mən irəli getməliyəm, yoxsa hər hansı bir məsələyə daha çox vaxt vaxt sərf etməliyəm?Şagirdlər öyrəndiklərini sərbəst tətbiq edə bilirmi, yoxsa əlavə köməyə ehtiyac vardır?Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi?Əgər belədirsə, bunun üçün ən yaxşı yol hansıdır? Nə vaxt keçirilir?Dərs ilinin əvvəlindən başlayaraq təlim prosesində müntəzəm şəkildə aparılır.Harada qeyd olunur?Formativ qiymətləndirmənin nəticələri şagirdin portfoliosunda, müəllimin formativ qiymətləndirmə dəftərində və şagirdin məktəbli kitabçasında sözlə və ya rəqəmlə qeyd olunur. Summativ qiymətləndirməSummativ qiymətləndirmə kiçik, böyük və yekun summativ qiymətləndirmədən ibarətdir . Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (bəhs və ya bölmənin, yarımilin və ilin sonunda) şagirdlərin standartlar üzrə əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdin əldə etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar etməkdən ibarətdir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Məqsədlər:Hər hansı mərhələ üzrə şagirdin nailiyyətlərinin səviyyəsini müəyyən edib qiymət yazmaqTəlim və tədris prosesinin monitorinqini həyata keçirmək (irəliləmə və geriləməni müəyyənləşdirmək)Müəllimin tədris fəaliyyətini izləməkMəktəbdə təlimin təşkili işinin səviyyəsini müəyyənləşdirmək. Nə vaxt keçirilir?Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.Böyük summativ qiymətləndirmə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.Yekun summativ qiymətləndirmə buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya (buraxılış imtahanları) şəklində aparılır.Harada qeyd olunur?Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.